“Forsaj 9” filminin istehsalçıları 1 milyon dollar kompensasiya ödəməlidir

“Forsaj 9” filminin istehsalçıları 1 milyon dollar kompensasiya ödəməlidir

“Forsaj 9” filmi qeyri-real səhnələri ilə məşhurdur. Bu cür səhnələr böyük komandaların gərgin əməyi ilə ortaya çıxsa da, işlər heç də həmişə yaxşı getmir. Bu səbəbdən də filmin istehsal şirkəti çəkiliş meydançasında baş verən həyati təhlükəli qəzaya görə 1 milyon dollar təzminat ödəyəcək.

 

Sfera.az xəbər verir ki, belə qəzalardan biri 2019-cu ilin iyul ayında İngiltərədə lentə alınan səhnə zamanı baş verib. Eyvandan yıxıldığı səhnənin çəkilişi zamanı kaskadyor Co Uotts kəndirin açılması səbəbindən 8 metr hündürlükdən beton döşəməyə yıxılıb və kəllə sümüyü zədələnib.

 

Hadisə yerindən ilk sınaq çəkilişinin problemsiz keçdiyi bildirilsə də, məhkəmədə çıxarılan qərara əsasən, ikinci cəhddən əvvəl kəndir yenidən yoxlanılmalı idi.

      

İstehsalat qrupu özünümüdafiə məqsədilə “prosedurda alətləri  hər atışdan əvvəl yenidən yoxlamalı olduğumuz barədə məlumat yoxdur”, desə də, onların bu izahı qəbul edilməyib.

 

Hakim həmçinin bildirib ki, Vatts sağ qaldığı üçün çox şanslıdır.

 

Xatırladaq ki, 9-cu film 726.229.501 dollar gəlir gətirib, kaskadyora ödəniləcək təzminat isə bu məbləğin təxminən 0,14%-ni təşkil edir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Zelenski İrana sanksiya tətbiq etdi

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya, Çin və İran vətəndaşları da daxil olmaqla 42 hüquqi və 6 fiziki şəxsə sanksiya tətbiq edib.   Sfe...

5 ilə qədər həbs cəzası gözləyir: ABŞ Məxfi Xidməti Elon Maska qarşı təhqiqat aparır

ABŞ Məxfi Xidməti Elon Maskın “X” sosial şəbəkəsindəki postunu ABŞ prezidenti Co Bayden və ya Demokratlar Partiyasından namizəd Kamala Harrisə hədə-...

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....