“Paşinyan gəlsə, əla fürsət olar” - Peskov

“Paşinyan gəlsə, əla fürsət olar” - Peskov

Kreml Paşinyan-Putin görüşü ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

 

Sfera.az bildirir ki, bu barədə danışan Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmaslar nəzərdə tutulmayıb.

 

“Lakin belə bir görüş Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində baş tuta bilər. Əgər cənab Paşinyan ora gəlsə, danışmaq üçün əla fürsət yaranacaq”, - Kremlin sözçüsü bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Alpha News”a açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrda Sankt-Peterburqa gələcəyini demişdi. Ötən gün isə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirmişdi ki, respublika Avrasiya İqtisadi İttifaqına sədrliyi öz üzərinə götürdüyü üçün Ermənistan Sankt-Peterburqda keçiriləcək sammitdə iştirak etməlidir.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...