Hər il 5 milyon insan bu xəstəliyin qurbanı olur - Mütəxəssislərdən XƏBƏRDARLIQ

Hər il 5 milyon insan bu xəstəliyin qurbanı olur - Mütəxəssislərdən XƏBƏRDARLIQ

“Hər il dünyada təxminən 5 milyon insan insult səbəbindən dünyasını dəyişir. Bir o qədəri də ömürlük şikəst qalır”.

 

Bu barədə Sfera.az-a Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib. Qeyd olunub ki,  Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistikaya görə, dünyada təxminən 15 milyona yaxın insan insultdan əziyyət çəkir:

 

“İnsultu yaradan səbəblər var. Bunlar sırasında tütün və alkoqol məhsullarının istifadəsi, yüksək arterial təzyiq, diabet, yüksək xolesterin, fiziki aktivliyin aşağı olması, normadan artıq bədən çəkisi, yağ, şəkər və duzlardan həddən çox istifadə kimi hallar və s. yer alır.  İnsultun səbəb olduğu fəsadlar da kifayət qədərdir. Məsələn, bədənin bir tərəfində, üz, qol və ya ayaqda güc itkisi, huşun bulanıqlığı və ya itirilməsi, düzgün cümlələr qura bilməmək, pəltək formada danışıq, əzələlərdə güc itkisi ilə əlaqədar olaraq udma zəifliyi, müvazinətdə pozuntunun olması, ani görmə itkisi, şiddətli baş ağrıları və s”.

 

Bildirilib ki, insult həm də yüksək ölüm riski daşıyır: “İnsult zamanı ilkin müdaxilə üçün ilk 4-5 saat həyati önəm daşıyır. Əks halda, müdaxilə mümkünsüz hala çevrilə bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Oba Market”in kassiri 50 qəpiyə görə öldürülübmüş..

Sabunçu rayonunda yeniyetmənin törətdiyi qətl hadisəsi ilə bağlı məhkəmə araşdırması başa çatıb.   Sfera.az “Qafqazinfo”ya istinadla hadi...

Qadağan olunmuş zona: Müharibə naminə xəritədən silinmiş kəndin sirləri - FOTO

İngiltərədə elə bir yer var ki, burada nadir hallarda insan ayaq basır. İmber kəndi 1943-cü ildən xəritədəm “silinib” və o vaxtdan bəri bağlı qalıb....

Bakıda kişi küçədə qəfil öldü

Bakıda kişi küçədə ölüb.   Hadisə Nəsimi rayonu, Cavadxan küçəsində baş verib.   Paytaxt sakini 60 yaşlı İmaməli Qüdrət oğlu Rüstəmov obye...

Türkiyəli aktrisa 23 milyonluq dələduzluqda ittiham olunur

Türkiyəli aktrisa Meral Kaplan saxlanılıb.   Sfera.az xəbər verir ki, aktrisa torpaq satışı üçün saxta sənədlər hazırlayaraq 23 milyon lirə (964 min ...

Bakıda ortaaylıq əməkhaqqı artıb - Kim daha çox qazanır?

Paytaxt Bakıda ortaaylıq əməkhaqqı artıb. Belə ki, bu ilin yanvar-aprel aylarında paytaxtda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 385.9 manat təşkil...

Türkiyədə meşə yanğınları: 17 nəfər saxlanıldı

Son 15 gün ərzində Türkiyənin müxtəlif bölgələrində meşə yanğınlarının törədilməsində əli olan 17 nəfər saxlanılıb.   Sfera.az xəbər verir ki, bu bar...