Qripdən necə qorunmaq olar? - AÇIQLAMA

Qripdən necə qorunmaq olar? - AÇIQLAMA

Ölkədə kəskin respirator infeksiyalara yoluxanların sayı artıb. Hər il payız aylarında belə viruslara yoluxma halları çıxalır.

 

Bəs, çoxalmanın qarşısını almaq üçün nə etməliyik?

 

Mövzu ilə bağlı sfera.az-a danışan Səhiyyə Nazirliyinin eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, soyuq havalarda respirator infeksiyalara, qripə yoluxma hallarında artım müşahidə olunur:

 

"Respirator virus infeksiyaları hava-damcı üsulu ilə yayılır. Soyuq havalarda insanların daha çox qapalı məkanlarda toplanması, yaxın təmasların artması, otaqların daha az havalandırılması, dəyişkən hava şəraitində düzgün olmayan geyim seçimi, soyuq havanın təsirindən yuxarı tənəəffüs yollarının infeksiyalara müqavimətinin azalması, immunitetin fəsli olaraq zəifləməsi və digər səbəbləri var. Hər il eyni hal müşahidə edilir, virusların növləri dəyişilir. Müalicə üsulları əksər hallarda eynidir, simptomlara əsaslanır, yalnız qrip və koronavirusa qarşı antiviral preparatlar məlumdur və infeksiya təsdiqləndikdə istifadə oluna bilər".

 

İnfeksionist bu xəstəliyə yoluxanlara təmiz hava və bol maye qəbulunu tövsiyə edib.

 

Onun sözlərinə görə, respirator xəstəliklərin inkubasiya dövrü 3-5 gün olur:

 

“Əgər xəstəlik həmin dövrdən artıq davam edərsə və simptomları çoxalarsa bu ağırlaşma hesab olunur. Ağırlaşma halları baş verərsə mütləq həkimə müraciət olunmalıdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...