Mülki əhali yenidən atəşə tutuldu - Ölənlər arasında uşaq da var + FOTO

Mülki əhali yenidən atəşə tutuldu - Ölənlər arasında uşaq da var + FOTO

Bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətini atəşə tutub. Bir uşaq da daxil olmaqla, yaralılar və ölənlər var.

 

Sfera.az bildirir ki, Rusiya Silahlı Qüvvələri yenidən mülki infrastruktura raket zərbələri endirib. Nəticədə ən azı 5 fərdi yaşayış evi dağılıb. Xilasedicilər iki qadın cəsədi və iki yaralı kişini dağıntılar altından çıxarıblar.

 

Bundan əlavə, içərisində kişi və onun 7 yaşlı ögey qızı olan avtomobil atəşə tutulub. Uşaq aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci bəndinə əsasən, müharibə qanunlarının pozulması faktı üzrə ibtidai istintaq başlayıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR