Sərnişin yanğın çıxışını açaraq təyyarənin qanadından tullanıb - VİDEO

Sərnişin yanğın çıxışını açaraq təyyarənin qanadından tullanıb - VİDEO

ABŞ-da Lui Armstronq Beynəlxalq Hava Limanında xoşagəlməz hadisə baş verib.

 

Sfera.az bildirir ki, Nyu Orleanda “Southwest Airlines” təyyarəsinin göyərtəsində qalmaqal yaşanıb. 38 yaşlı sərnişin təyyarə qalxma qapısında olarkən, yanğın çıxışını açıb və qanaddan atılıb.

 

Hadisə şahidləri ictimai asayişi pozan şəxsin anlaqsız danışdığını və tam olaraq harada olduğundan xəbərsiz olduğunu görüblər. //youtu.be/-sjZ96S1Xio?si=Gc6UqqdA0V86Pkue

 

Sərnişin müayinə üçün yerli xəstəxanaya aparılıb. Kişinin davranışının psixi pozğunluq nəticəsində olduğu müəyyən edilib. O, cinayət məsuliyyətinə cəlb edilməyəcək.

 

“Southwest Airlines” sözçüsü uçuş heyəti və sərnişinlərə çevik reaksiyalarına görə təşəkkür edib və yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyib. Onun sözlərinə görə, təyyarə Atlantada tranzit hava limanına qalxıb, daha sonra Baltimorda son təyinat məntəqəsinə çatıb.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR