Gülməli üz ifadəsi ilə məşhurlaşan körpə fenomenə çevrilib - FOTO

Gülməli üz ifadəsi ilə məşhurlaşan körpə fenomenə çevrilib - FOTO

Braziliyalı körpə qeysəriyyə əməliyyatından dərhal sonrakı əməliyyat otağında üz ifadəsi ilə bütün dünyada məşhurlaşmışdı. Sosial media istifadəçiləri onun qaşqabaqlı və “yaşlı insan” üz ifadəsinə heyran olmuşdu.

 

Sfera.az bildirir ki, gülməli üz ifadəsi ilə məşhurlaşan İzabel Rochanın (Roşa) öz İnstaqram səhifəsi var. O indi 3 yaşındadır. Həmin məşhur kadrlarda tibb bacısı körpənin ağciyərlərini işlətmək üçün onu ağlatmağa çalışır. Əvəzində isə körpə göbək bağını kəsməyə hazırlaşan həkimə hirslə baxır.

 

 

Bu fotoşəkil İnternetdə məşhurlaşaraq, yumorlu paylaşımlara çevrilmişdi. Roşa indi həmin şəkli özü də görür. O, hətta anası Dayana Barbosadan tez-tez o zaman niyə belə qəzəbləndiyini də soruşur.

 

Bu yaxınlarda verdiyi müsahibədə Diana etiraf edib ki, həmin fotoşəkillərin övladlarını bu qədər məşhurlaşdıracağını heç ağıllarına belə gətirməyiblər.

 

 

Onun sözlərinə görə, İzabellenin gündəlik həyatı indi uşaq bağçası və məktəbdənkənar dərnəklərdə, xüsusən də üzgüçülük dərslərində iştirakdan ibarətdir. İzabelin İnstaqram səhifəsi var, lakin valideynləri bəzən fotolarının altındakı mənfi şərhləri təmizləməyə məcbur olurlar.

 

"Uşaq böyütmək indi çox çətindir. Amma Allaha çox dua edirəm ki, qızım böyüyüb xoşbəxt qadın olsun!" - deyə Diana əlavə edir.

 

Aynil


OXŞAR XƏBƏRLƏR