Kral Çarlz kiçik oğlu Harrini axmaq adlandırdı - FOTO 

Kral Çarlz kiçik oğlu Harrini axmaq adlandırdı - FOTO 

Böyük Britaniya kralı Çarlz kiçik oğlu Harrini “axmaq” adlandırıb.

 

Sfera.az bildirir ki, bu barədə Omid Skobinin "Endgame: Inside the Royal Family and the Struggle for Survival" kitabında deyilir. Ata və oğul arasındakı münaqişə hələ də həllini tapmayıb. Kitabda iddia edilir ki, Harri və Meqan haqqında Netflix sənədli serialı yayımlandıqdan bəri kral ailəsindəki münasibətlər gərginləşməyə davam edir.

 

Kral ailəsinin əksər üzvləri davranışlarını dəyişib. Əgər indiyə qədər 75 yaşlı III Çarlz susurdusa, kiçik oğlunun həyatına münasibət bildirmirdisə, indi açıq şəkildə ona gülür. İndi o, oğlunu açıq şəkildə tənqid edir və hətta onu “axmaq” adlandırır. Kitabda Skobi ata və oğul arasındakı ailə münaqişəsini açıq şəkildə ortaya qoyur. Uilyam və Harri arasında da münaqişənin davam etdiyi heç kimə sirr deyil. Meqan Markl kral ailəsinin həyatına girdikdən sonra ailə münasibətlərində hər şey dəyişib.

 

Qeyd edək ki, ailə münaqişəsi uzun müddətdir sirr olaraq qalır. Harri və Meqan krallığı tərk edib titullarından imtina etdikdən sonra vəziyyət daha da pisləşib. Bu yay Harri və Meqan uşaqlarını tətilə belə babalarının yanına gətirməyiblər. Bu yaxınlarda isə şahzadə Harri daha da irəli gedərək, atasını nəvələri ilə görüşdürməməklə hədələyib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR