Həbsxanaya hücum - Minlərlə məhbus qaçıb, ölənlər var 

Həbsxanaya hücum - Minlərlə məhbus qaçıb, ölənlər var 

Syerra-Leonedə silahlı şəxslər həbsxanaya hücum ediblər.

 

Sfera.az xəbər verir ki, silahlılar Syerra-Leonedə hərbi kazarmalara, həbsxanaya və bir sıra digər obyektlərə hücum ediblər. Son məlumatlara görə, hadisə zamanı 20 nəfər ölüb, 1900-ə yaxın məhbus qaça bilib.

 

Ölənlərin 13-ü hərbçi, 3-ü hücumçu, 1-i polis, 1-i mülki şəxs, 1-i isə şəxsi təhlükəsizlik əməkdaşıdır.Səkkiz vətəndaş yaralanıb.

 

Sierra Leone ordusunun sözçüsü polkovnik İssa Banquranın sözlərinə görə, üç nəfər saxlanılıb. Bundan əlavə, Pademba Road həbsxanasına iki saatlıq hücum zamanı silahlılar əsas qapını sındıra biliblər. Qaçan məhbuslardan indiyədək yalnız 23-ü tutulub.

 

Aynil


OXŞAR XƏBƏRLƏR