Netanyahunun siyasi karyerası bitir? - AÇIQLAMA

Netanyahunun siyasi karyerası bitir? - AÇIQLAMA

İsrail HƏMAS-ın 7 oktyabr hücumundan sonra başlatdığı əməliyyatları davam etdirməkdə qərarlı olduğunu bəyan edib. Bununla belə, bəzi analitiklər düşünürlər ki, bu hücumlar və onların nəticələri  Baş nazir Benyamin Netanyahunun siyasi karyerasına mənfi təsir edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə "Ntv Haber" məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, İsraildə bütün gözlər baş nazir Benyamin Netanyahuya yönəlib. 74 yaşlı İsrail liderinin səsvermədə dəstəyi həmişəkindən daha aşağıdır. Bundan əlavə, ona qarşı açılan korrupsiya işləri fə araşdırmadadır.

 

Hökumətin təhlükəsizliyinin zəifliyi ölkənin tarixinin ən böyük və ən qanlı qırğınlarından birinə səhnə olmasına səbəb olub.

 

Netanyahunun siyasi karyerası bitəcək, yoxsa bütün neqativlərə rəğmən özünü xilas edə biləcəkmi?

 

Mütəxəssislər ölkənin müharibə şəraitində olduğu bir vaxtda baş nazirin vəzifədən azad edilməsinin mümkün olmadığını və Netanyahunun bu prosesdən öz xeyrinə istifadə etməyi bacardığını bildirib.

 

​Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR