“ABŞ Azərbaycanla bağlı öz qadağasını pozdu” – Politoloqdan Blinkenin telefon zənginə REAKSİYA

“ABŞ Azərbaycanla bağlı öz qadağasını pozdu” – Politoloqdan Blinkenin telefon zənginə REAKSİYA

“Vaşinqton başa düşür ki, Azərbaycanla əlaqələri kəsmək ABŞ-nin Cənubi Qafqaz siyasətinə mənfi təsir edəcək”.

 

Sfera.az-ın məlumatrına görə, bunu ABŞ Dövlət katibi Entoni Blinkenlə prezident İlham Əliyev arasındakı telefon danışığını şərh edərkən politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Azərbaycana yüksək səviyyədə səfərləri və Bakı ilə dialoqu qadağan edən ABŞ bu telefon bağlantısı davranışını dəyişdiyini sərgiləmiş oldu:

 

“Bu zənglə ABŞ və Azərbaycan arasında münasibətlərdə diplomatik təmasların və ikitərəfli səfərlərin davam etdirilməsi razılaşdırıldı. Beləliklə, Vaşinqton-Bakı arasında son günlər əsən “soyuq küləklər” aradan qaldırıldı. Düşünürəm ki, dövlət katibinin Ermənistan və Azərbaycan liderlərini Vaşinqtona dəvət edərək üçtərəfli danışıqlar prosesini başlatmaq təklifi də istisna deyil. Rəsmi Bakının bu təklifi qəbul etməsi mümkündür”.

 

Müsahibimiz bildirib ki, ABŞ-nin həmçinin, ikitərəfli danışıqlar aparmaq üçün Paşinyana təlimatlar verməsi də mümkündür: “Çünki Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamadan Rusiyanın təsirindən çıxa bilməyəcək. Bu baxımdan ölkəmizlə münasibətləri normallaşdırmaq üçün addımlar atılacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR