Uşaqlar niyə kəkələyir? – Səbəblər və müalicə yolları

Uşaqlar niyə kəkələyir? – Səbəblər və müalicə yolları

“Gərginlik, əsəb, stres və qorxu körpələrdə kəkələmə yaradan əsas faktorlar hesab olunur. Bu zaman qıcolmalar, bəzi səslərin asanlıqla tələffüz edilə bilməməsi də müşahidə olunur”.

 

Psixoloq Gülər Məmmədova Sfera.az-a azyaşlılarda görünən danışıq pozğunluqlarının səbəblərindən danışıb:

 

"Əgər uşaqda erkən yaşlarından nitq qüsuru varsa, burada psixoloji problemlərin təsiri ehtimalı olduqca böyükdür. Uşaqlarda erkən yaş dövründə sağ və sol beyin yarımkürələri arasında inteqrasiya zəif gedirsə, bu zaman uşaq özünü ifadə və ətraf mühitdə baş verənləri dərk edə bilmir. Müalicə kəkələmənin növündən və yaranma səbəbindən asılı olaraq dəyişir".

 

Psixoloq bildirib ki, kəkələmə 90 faiz hallarda nəfəs problemi kimi qeydə alınır. Müalicə zamanı ilk növbədə artikulaiya, yəni ağız aparatının sağlam olub olmadığını yoxlamaq lazımdır.

 

Psixoloq diqqətə çatdırıb ki, kəkələməsi olan uşaqlarda sosiallaşma zəif olur:

 

“Bu, adətən 2-5 yaş dövründə olur. Valideynlərin bu məqamda ən böyük səhvi kəkələyən uşaqların üzərində sosial təzyiq qurmalarıdır. Xüsusən “r” hərfinin tələffüz edilə bilməməsi daha aktualdır. Bu hərfin 4 yaşına qədər korreksiya olunmaması tövsiyə olunur. Bunun dörd yaşına qədər düzəlmə ehtimalı yüksəkdir. Problem dörd yaşından sonra da qalırsa, loqoped və psixoloqa müraciət olunmalıdır. Mütəxəssislər uşaqla uşaq kimi danışmağı tövsiyə etmir. Hansı yaşda olmasından asılı olmayaraq, uşaqla aydın, səlis danışmaq lazımdır".

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR