"Həmas məhv edilsə, Qəzza qan içində boğulacaq" - Yuri Uşakov

“İsrail HƏMAS-ı məhv etməklə təhlükəsizliyi təmin edə bilməz”.

 

Sfera.az xəbər verir ki, bunu Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov deyib.

 

"Həmas məhv edilsə və Qəzza zolağı qan içində boğulsa belə, İsrailin təhlükəsizliyi təmin edilə bilməz. Bir müddətdən sonra yenidən nifrət və terror alovlana bilər".

 

Uşakov bildirib ki, bölgədəki problem böyümək və yayılmaq gücünə malikdir:

 

"ABŞ-nin bir tərəfi dəstəkləmək siyasəti ağır böhrana gətirib çıxardı. Bu faciəli hadisələr və fəlakətli humanitar vəziyyət ABŞ və Qərbin nüfuzunu itirməsinə səbəb olur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR