"Bu, hansısa ərəb ölkəsində olub, sonradan..." - "Xaliq Faiqoğlu"dan yayılmış foto ilə bağlı AÇIQLAMA

Cəmiyyət
12:18 / 28.11.2023
4044
Ötən günlərdə "Xaliq Faiqoğlu" şirkətinə məxsus 567 nömrəli marşrut avtobusunda yerləşdirilmiş afişa sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Fotoda “Lays” firmasının cipsləri boykot edilib.
Məsələ ilə bağlı Sfera.az "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev ilə əlaqə saxlayıb.
N.Rzayev bildirib ki, foto həqiqəti əks etdirmir:
“Afişa hansısa ərəb ölkələrində yayılıb, üzərinə sonradan azərbaycan dilində mətn əlavə ediblər”.
Firuzə Əliyeva