“Belələri bahalı maşınlarda gəzirlər, çox vaxt sürücüləri olur...” – Vəkildən “aldanmayın” ÇAĞIRIŞI

“Belələri bahalı maşınlarda gəzirlər, çox vaxt sürücüləri olur...” – Vəkildən “aldanmayın” ÇAĞIRIŞI

“İşə düzəlmək üçün heç kimə pul verməyin”.

 

Bunu Sfera.az-a açıqlamasında vəkil Vamiq Şükürov deyib. O qeyd edib ki, işə düzəltmə adı ilə insanları aldadıb pullarını mənimsəmək geniş yayılmış dələduzluq hallarından biridir:

 

“Belə dələduzlar adətən bahalı avtomobillərdən istifadə edirlər, çox vaxt sürücüləri olur, bahalı paltarlar geyinir, məşhur restoranlarda otururlar. Ətrafında olan insanlara özünü problemli işləri həll edən, adamları yaxşı vəzifələrə işə düzəldən və yuxarılara əli çatan şəxs kimi tanıdırlar. Məhz bu səbəbdən ətrafında olan şəxslər özləri onu axtarıb tapır və işə düzəltməkdə kömək etmələrini xahiş edirlər. Beləcə, dələduz insanları öz qarmağına keçirə bilir”.

 

Vəkil bildirib ki, belə dələduzlar külli miqdarda pul aldıqdan sonra aylarla görünmürlər:

 

“Həmin adam elə bir abu-hava yaradır ki, guya “yuxarılar” işi düzəltməklə məşğuldurlar. Əslində isə heç bir iş getmir, dələduz aldığı pulu çoxdan yeyib qurtarıb. Ona görə də heç vaxt işə düzəlmək üçün heç kimə pul verməyin”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...