Entoni Blinken Paşinyana zəng etdi

Entoni Blinken Paşinyana zəng etdi

ABŞ-nin dövlət katibi Entoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqəsi yaradıb.

 

Sfera.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. O qeyd edib ki, tərəflərin əsas müzakirə mövzusu İrəvanla Bakı arasında sülh sazişinin bağlanmasının mümkünlüyü barədə olub.

 

“Blinken Paşinyana ABŞ-nin iki ölkə arasında uzunmüddətli sülh sazişinin əldə edilməsi səylərini dəstəklədiyini deyib. O həmçinin,  ölkəsinin Ermənistanla ikitərəfli əməkdaşlığı artırmaq niyyətini bir daha vurğulayıb”, deyə Miller bildirib.

 

Xatırladaq ki, eyni gündə Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında da telefon danışığı baş tutub.

 

Günay


OXŞAR XƏBƏRLƏR