"Xəstəliklərdən qorunmaq üçün qidaları düzgün seçmək lazımdır" - AÇIQLAMA

Koronavirus pandemiyasından sonra insanlar xəstəliklərdən qorxmağa və daha diqqətli olmağa çalışırlar.

 

Sağlamlığımızı qorumağın yollarından biri isə yediyimiz qidaları düzgün seçməkdir.

 

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı Sfera.az-a açıqlama verib.

 

Onun sözlərinə görə, havaların soyuması ilə əlaqədar olaraq maddələr mübadiləsində və hormonal balansda baş verən dəyişiklik insanların ruh halına və əhval ruhiyyəsinə də təsir edir. Belə olan halda insanlar depressiyaya düşə bilir və həyat enerjilərinin tükəndiyini hiss edirlər. Ona görə də insanlar payız mövsümü gəldikdə həyat tərzlərinə və qidalanma rejiminə diqqət yetirməlidirlər.

 

Sağlam yaşamagın ən birinci qaydası yuxu rejiminə riayət etməkdir.

 

Məhsəti Hüseynova bildirir ki, qidalanma zamanı ilk növbədə səhər yeməyi böyük rol oynayır:

 

"Bəzi insanlar günə səhər yeməyi yemədən başlayırlar. Bu sağlamlıq üçün olduqca ziyanlıdır.  Səhər yeməyi zamanı protein tərkibli qidalar - yumurta, süd, pendir, qaymaq yeyilməlidir. Mövsümi meyvə-tərəvəzlər hər qida qəbulunda mütləq istifadə olunmalıdır"

.

Mütəxəssis qeyd edib ki, C vitamini ilə zəngin olan qidaların qəbulu şərtdir:

 

"Digər fikir verməli olduğumuz məqam havalar sərinləşdikcə qəbul olunan su miqdarının azalmasıdır. Bu isə bir sıra fəsadlara gətirib çıxarır. Çünki insan orqanizminin 60 faizini su təşkil edir. Orqanizmdəki proseslər suyun hesabına baş verir. İnsanlar suyu lazımı miqdarda qəbul etməsə orqanizmdə dehidrasiya hadisəsi baş verər. Bu da orqanizmin susuzlaşma prosesidir.

 

Axşam yeməkləri isə yuxudan 3-4 saat əvvəl yeyilməlidir. Çünki axşam gec saatlarda yeyilən yemək düzgün həzz olunmur. Mütəxəssis diqqətə çatdırıb ki, omega 3, omega 6 yağları ilə zəngin olan qidalara üstünlük verilməlidir. Bu qidalara dəniz məhsullarını, qırmızı əti misal göstərmək olar.

 

Gün ərzində qapalı məkanlarda keçirilən vaxtı azaltmaq və mütləq şəkildə səhər və axşam  açıq havada olmaq lazımdır. Sağlamlığı qorumaq üçün fiziki aktivlik vacib şərtlərdən biridir.”

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR