Bu rayonlara qar yağıb - Ölkədə FAKTİKİ HAVA

Bu rayonlara qar yağıb - Ölkədə FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 28-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib. Qrızda 14 sm, Şahdağ, Altıağacda 13 sm, Gədəbəydə 11 sm, Xaltan, Sarıbaşda (Qax) 10 sm, Göygöldə 4 sm, Əlibəydə (Zaqatala) 3 sm olub.

 

Düşən yağıntının miqdarı Sarıbaş (Qax) 15 mm, Altıağacda 14 mm, Xaltanda 12 mm, Oğuzda 11 mm, Qrızda 10 mm, Şəkidə 9 mm, Astara, Şamaxı, Mingəçevir, Qəbələ, Gədəbəydə 8 mm, Lerik, Lənkəran, Yardımlı, Ağsu, Qobustan, İsmayıllı, Şahdağ, Göygöl, Ordubad, Kürdəmir, Zərdab, Xaçmaz, Beyləqan, Zaqatala (Əlibəy), Qusar, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Naftalan, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Quba, Tərtər, Şabran, Goranboy, Yevlax, Göyçayda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

 

Qərb küləyi arabir Gəncədə 30 m/s, Naftalanda 26 m/s, Ağdamda 25 m/s, Mingəçevirdə 21 m/s, Tərtər, Yardımlı, Daşkəsəndə 20 m/s, Lerik, Bərdədə 19 m/s, Şəki, Biləsuvar, Gədəbəydə 18 m/s, Zaqatalada 17 m/s, Bakıda və Abşeron yarımadasında 30-32 m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-9 dərəcə isti, Naxçıvan MR-da 2-8 dərəcə isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.


OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...