Səhiyyə Nazirlikləri, kombi radiatorları ... - Pandemiyadan sonra gələn YENİLİKLƏR + FOTOLAR

Səhiyyə Nazirlikləri, kombi radiatorları ... - Pandemiyadan sonra gələn YENİLİKLƏR + FOTOLAR

Bəzən indi dəb olan geyim və ya aksessuarları nənələrimizin qarderobunda, hətta 1920-ci illərin fotolarında da görə bilərik.


Bəzi şeylərin həyatımıza pandemiya ilə daxil olduğunu bilirdinizmi? 

 

Sfera.az sizə bu maraqlı kəşflərdən bəzilərini təqdim edir.

 

1918-1920-ci illər arasında bütün dünyaya yayılan İspan qripi "Qara ölüm"dən sonra tarixdə ən çox insan ölümünə səbəb olan ikinci epidemiyadır. 50-100 milyon insanın ölümünə səbəb olan virus, demək olar ki, yoluxan hər kəsi öldürürdü. İspaniyada yarandığı üçün ispan qripi adlandırılsa da,1993-cü ildə virusla bağlı bir araşdırma virusun ilkin mənbəyinin Çin olduğuna inamı artırdı. Virusun ev donuzlarında mutasiyaya uğrayaraq insanlara keçdiyi güman edilir.


Maska əleyhinə olan qruplar bu dövrdə də qanunun tələb etdiyi maskaların taxılmasına etirazlarını bildiriblər.Amerikada maska ​​əleyhinə qruplar və polis tez-tez toqquşurdu. Maskaların əleyhdarları çirklənmənin maska ​​ilə heç bir əlaqəsi olmadığını və maska ​​taxmağın sağlamlığa zərərli olduğunu iddia edirdilər.

 

 

Ölümlərin əksər hissəsinin aspirin zəhərlənməsi ilə bağlı olduğu düşünülür.

 

1918-ci ildə qripin müalicəsi və dərmanları indiki qədər müxtəlif deyildi. Bir çox insan da aspirinin həddindən artıq dozası və ya bu cür dərmanlardan düzgün istifadə edilməməsi səbəbindən ölürdü.


Birinci Dünya müharibəsi də bu virusun yayılmasında təsirli oldu. Müharibə şəraiti, insanların daha çox kollektiv şəkildə yaşadığı hərbi düşərgələr və müharibədən sonrakı kütləvi köçlər yoluxma sürətini artırdı. Virusun cəbhələrdə sürətlə yayılması və itkilər 1918-ci ildə müharibənin başa çatmasına təsir göstərən ən böyük amillərdən biri idi.

 

İlk bumer (doğum partlayışı) nəsil 1920-ci ildən sonra doğuldu və böyük əhali partlayışı oldu.

 

O dövrdə çox az yeni doğulmuş körpə sağ qalırdı, lakin faktiki doğum nisbəti daha yüksək olduğundan itkilərin yeri qısa müddətdə doldururdu.Qrip virusunun gənc uşaqlara və yaşlılara təsir etdiyi məlumdur. İspan qripi isə xüsusilə 20-40 yaşlılara təsir etmişdi.

 

Bugünkü səhiyyə sistemi İspan qripi sayəsində bir çox ölkədə indiki müasir formasını almışdır.

 

Səhiyyə nazirlikləri yaradıldı, bütün insanların səhiyyə xidmətlərindən pulsuz istifadəsinə yol açıldı. İspan qripi bugünkü müasir ictimai səhiyyədə bir mərhələ oldu.

 


Qızdırıcı radiatorlar İspan qripindən sonra icad edilmişdir.

 

Epidemiya zamanı ətraf mühitin yaxşı havalandırılması hava-damcı yolu ilə yayılan virusun qarşısının alınmasında çox vacib idi. Daha sonra, qışın ən soyuq günündə pəncərələr sonuna qədər açılsa belə, otağı qızdıra bilən istilik radiatorları ixtira edildi. Əvvəlcə kömürlə işləyən bu qızdırıcı zaman keçdikcə forması və yanacağı dəyişsə də, bu günə qədər gəlib çatmışdır.

 

 

Bugünkü müasir moda anlayışı da İspan qripindən sonra formalaşıb.

 

1920-ci illərdə gündəlik geyimlərə qotazlı ətəklər, parlaq papaqlar, mirvari və zərif kostyumlar daxil idi. Bunun səbəbi iki ölümcül ildən sonra gələn yeni dövrdə insanların həyata möhkəm yapışmaq istəyi idi. Adi bir gündüz gəzintisi üçün belə ekstravaqant geyinmək və kombinasiyalar etmək insanlar üçün çox vacib hal almağa başladı.

 

Aynil Camal


OXŞAR XƏBƏRLƏR

İstanbulda iki metrobus toqquşdu: ölü və yaralılar var

İstanbulun Bəylikdüzü rayonunda iki metrobus toqquşub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.   Məlumata görə...

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...