Beyons imicini kökündən dəyişdi - FOTOLAR

Beyons imicini kökündən dəyişdi - FOTOLAR

Beyons imicini dəyişib.

 

Sfera.az bildirir ki, 42 yaşlı amerikalı müğənni “Renessans” (İntibah) filminin premyera öncəsi yeni görünüşü ilə diqqət çəkib.


Müğənninin yeni imicdəki fotosunu italyan modelyer Donatella Versace İnstaqram səhifəsində paylaşıb.

 

Beyons karamel rəngli saçlarını açıq sarıya boyatdırıb.


O, seçdiyi geyimlə də hər kəsi valeh edib. Müğənni “Versace” kolleksiyasından V formalı dekolteli, uzun gümüşü paltar geyinib. Müğənni libasını uzun lateks əlcəklər və eyni rəngli ayaqqabı tamamlayıb.

 

Beyons görünüşündə ifrata varmayıb, bəzək əşyalarından yalnız gümüşü uzun sırğalarla kifayətlənib. Ulduz boğazına heç bir zinət əşyası taxmayıb. Makiyajda da sadəliyə üstünlük verən Beyons açıq çəhrayı dodaq boyası, gümüşü göz kölgəsi və sürmə ilə kifayətlənib.

 

Qeyd edək ki, Beyonsun “Renessans” (İntibah) sənədli filmi müğənninin möhtəşəm dünya turnesi əsasında lentə alınıb. Əsasən konsert filmidir. Məqsədi müğənninin karyerasına, pərəstişkarlarına və yaradıcılığına bağlılığını, eləcə də zəhmətini və hər şeyi mükəmməl etmək istəyini göstərməkdir. 

 

Müğənninin dünya turnesi böyük səs-küyə səbəb olub. Konsertlərdə ulduzun 3 milyona yaxın pərəstişkarı iştirak edib. Təxminən üç saat davam edən sənədli filmin dekabrın 1-dən etibarən bir çox ölkələrdə (kinoteatrlarda) nümayişi planlaşdırılır.


Aynil Camal


OXŞAR XƏBƏRLƏR

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifəsinə təyin olunub.   Sfera.az xəbər verir ki, bu bar...

Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”

“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı qərarı daha tez verməli idik”.   Sfera.az xəbər verir ki, bunu Ermən...

Liderlər və övladları şəkil çəkdirdilər - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Həm...

İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edildi

Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb....

Rusiyada neft-qaz hasilatı azalıb: "Ödənişlərlə bağlı çətinliklər yaşayırıq"

Bu il Rusiyada neft və qaz hasilatında azalma müşahidə edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika nazir...

Azərbaycanlılar vizasız bu ölkələrə səyahət edə bilərlər - SİYAHI

Yay fəslinin gəlişi ilə birlikdə səyahət planları da aktuallaşır. İsti günlərdə dincəlmək, yeni ölkələr kəşf etmək istəyənlər ilk olaraq vizasız və ya sadələşdi...