Obama Trampla şəkil çəkdirmək istəmədi - FOTO
Dünya
22:40 / 10.11.2016
1020
ABŞ-ın keçmiş prezidenti Barak Obama ölkənin yeni seçilmiş rəhbəri Donald Trampla Ağ Evdə birgə şəkil çəkdirmə mərasimindən imtina edib. Sfera.az APA-ya istinadən xəbər verir ki, ABŞ-ın keçmiş və yeni seçilmiş prezidentlərinin Ağ Evin qarşısındakı Cənub çəmənlikdə birgə şəkil çəkdirmə ənənəsi uzun tarixə malikdir. 2008-ci ildə Corc Buş analoji vəziyyətdə Obama ilə şəkil çəkdirmişdilər.
Xatırladaq ki, seçkiqabağı kampaniya dövründə Obama və Tramp arasında sərt polemika baş vermişdi. Hillari Klintonu fəal dəstəkləyən B.Obama Trampın "Ağ Evə yaraşmadığını", "lazımi təcrübəyə malik olmadığını" və "nüvə çamadanını ona həvalə etməyin" təhlükəli olduğunu bildirmişdi.