On yaşlı qızın imtahan sualına yazdığı cavab hamını HEYRAN QOYDU - FOTO

On yaşlı qızın imtahan sualına yazdığı cavab hamını HEYRAN QOYDU - FOTO

10 yaşlı Ritm Paçeko adlı qız məktəbin riyaziyyat imtahanında testi cavabsız qoyub.

 

Sfera.az bildirir ki, qızcığazın cavabı sosial mediada gündəm olub. Müəllim qızın cavabını sosial mediada paylaşaraq, şagirdini tərifləyib.

 

Məsələdə şagirdlərdən qadınların çəkilərini müqayisə etməsi istənilib (İzabelin Suedən nə qədər kök olduğunu müəyyən etmək lazımdır).

 

Ritm isə bu sualı cavablamayıb. Səbəbini isə qeydində müəlliminə belə izah edib:

 

"Bu, çox təhqiramizdir. Bağışlayın, mən bu kobudluğa toxunmayacağam. Kobudluq eləmək istəmirəm, amma bu tapşırığın təsviri heç də yaxşı deyil. Çünki bu, qadınların çəkisinə aiddir. Uyğun olmadığını düşündüyüm üçün testi cavabsız qoydum. Hörmətlə, Ritm”.

 

Ritmin valideynləri qızlarının davranışından məmnun qaldıqlarını bildiriblər:  

 

“Adətən bu cür ayrıseçkiliklər qız uşaqlarında özlərinə qarşı inamsızlıq formalaşdırır. Ona görə də qızımızın bu mövzuya həssaslığı bizim üçün fəxrdir”. 

 

Müəllimi də Ritmin həssaslığını, bu mövzuda ehtiyatlı davranmasını möhtəşəm adlandırıb. O, balaca qızcığazın öz mövqeyini nümayiş etdirməsini çox xoş qəbul etdiyini bildirib. 

 

Facebook istifadəçiləri də uşağı cəsarətinə görə tərifləyiblər:


"Bu yaşda nə qədər güclü insansan. Bu cəsarət sənə bütün həyatən boyu lazım olacaq", "70-ci illərdə artıq çəki ilə böyümüş biri kimi deyə bilərəm ki, bu mövzuda çox qısnamalara məruz qalmışam", "Çox sağ ol, hamı kimi susmadığın üçün”

 

Aynil


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Donald Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, mətndə deyilir: &nb...

"İnsanlar bəzən bilərəkdən səhv addımlar atırlar"- Yeni TƏDQİQAT

London Universitetində aparılan yeni tədqiqat insanların bəzən bilərəkdən “axmaq” və ya səhv addımlar atdığını ortaya qoyub.   Sfera.az ...

Prezident ona ali xüsusi rütbə verdi

Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə ...

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...