“Putin sülh istəmir, əlamət belə görmürük” - Stoltenberq

“Putin sülh istəmir, əlamət belə görmürük” - Stoltenberq

“Sülh danışıqlarının vaxtı çatdıqda və qərar vermək lazım olduqda Ukrayna müstəqil davranacaq”

 

Sfera.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. O, qeyd edib ki, həmin zaman Kiyev Rusiya ilə razılaşmaq istədiyi kimi hərəkət edəcək.

 

“Bizim məsuliyyətimiz Ukraynanı dəstəkləmək və mümkün qədər çox ərazini azad etməkdən ibarətdir”, deyə o, əlavə edib.

 

Baş katib fikirlərini bu cür davam etdirib:

 

“Müharibələr təbiətcə gözlənilməzdir. Amma biz prezident Putinin sülh planlaşdırdığına dair heç bir əlamət görmürük. Əksinə o,  daha çox müharibə istəyir. Beləliklə, Ukraynaya nə qədər çox hərbi dəstək versək, onların döyüş meydanında mövqeləri bir o qədər güclü olacaq və potensial danışıqlar masasında mövqeləri də möhkəmlənəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR