İnsan yeyən zaman gərək Allahın qoyduğu hədlərə riayət etsin

İnsan yeyən zaman gərək Allahın qoyduğu hədlərə riayət etsin

Həzrət Adəmin (ə) xəlq olduqdan sonra etidiyi ilk səhv və xata qadağan olunmuş meyvəni yeməsi olmuşdur. Allah Təala Adəmi (ə) xəlq edərək ona böyük bir məqam verdi və bütün mələklər ona ehtiram göstərirdilər. Allah sadəcə bir ağacı ona qadağan etmişdi ki, o, da lənətlik İblisin vəsvəsəsi ilə onun meyvəsindən yeyir və Allahın qəzəbinə səbəb olur.

Sfera.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Adəmlə (ə) Həvvanın cənnətdən çıxarılmalarının səbəbi, qadağan olunmuş meyvəni yeməkləri olmuşdur. Ona görə də insan gərək yediyi hər bir şeyə diqqət etsin. Hər nə gəldi yeməsin. Allah Təala Qurani-Kərimdə buyurur: "Belə isə, (Haqqın qüdrət əlini müşahidə etmək üçün) insan öz yeməyinə baxmalıdır!". ("Əbəsə" 24).

İnsan yerinə yetirdyi hər bir işdə Allahın razılığını düşündüyü kimi, yediklərində də bu mövzuya diqqət etməlidir. Allahın qoyduğu hədlərə riayət etmək və qidanın pak olması - yemək ədəblərindən biridir. İnsan gərək o yeməkləri yesin ki, Allah həmin nemətlərdən istifadə etməyə icazə vermişdir və onun ruzisi qərar vermişdir."Həqiqətən Allah həddi aşanları sevmir. Və Allahın ruzi olaraq sizə verdiklərinin halal və pak olanlarından yeyin (və şəriətin haram buyurduqlarından və zatən murdar olan şeylərdən çəkinin) və iman gətirdiyiniz Allahdan qorxun". ("Maidə" 87-88).
Yeyən zaman Allahın qoyduğu hədlərə riayət etməmək insanın dünyasına və cisiminə təsir etdiyi kimi, Allahın qəzəbinə də səbəb olar. Belə bir insan Allah yanında məhbub olmaqdan məhrum olar. (Tebyan)
Quranda bəyan olunan yeməyin ədəblərindən biri də budur ki, insan yeyən zaman əcələ etməməlidir. Yemək yeyən insan tələsməməli və rahat şəkildə yeməyini çeynəməlidir.
Yeməyin ədəblərindən biri də budur ki, insan israf etməməlidir. Yəni, insan yeyən zaman həddi aşmamalıdır. Əgər israf edərsə, cismi ziyan görər. Elə xəstəliklərə düçar olar ki, ibadət və pərəstiş etməyə taqəti olmaz."Həqiqətən, Allah israf edənləri sevmir". ("Ənam" 141).
Yeməyin ədəblərindən biri də şükür etməkdir. İnsan əgər yeyən zaman Allaha şükür edərsə, həmin yemək həm cismi üçün faydalı olar və həm də ruhunun inkişaf etməsinə təsir qoyar. "Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükür edin (çünki şükürsüz ibadət kamil deyildir)". ("Bəqərə" 172).
Quranın nəzərinə görə insan elə yemək yeməlidir ki, ona iştaha gətirsin. Ləzzətli olsun və cisminə ziyan vurmasın.  "Və onların ətrafında (yeməklə dolu) qızıl kasalar və (pak içki ilə dolu) kuzələr dolandırılacaqdır. Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır. Siz orada əbədisiniz". ("Zuxruf" 71).
Yeməyin ədəblərindən biri də budur ki, insan qonaq gedən zaman süfrə başında çox əyləşməsin. Yeməyini yeyəndən sonra evi tərk etsin. "Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə, bu, istisnadır. (Erkən gedərək) onun (yeməyin) hazırlanmasını gözləməyin. Lakin dəvət olunduğunuz zaman daxil olun və təamı yedikdən sonra söhbətə qapılmayıb, dağılışın". ("Əhzab" 53).
Allah insanı elə xəlq etmişdir ki, yeyərək cismi enerjisi bərpa edə bilir və bundan sonra hərəkət etməyə taqəti olur. Ona görə də şeytanın (lən) insanı ən çox vəsvəsə etdiyi mövzulardan biri hesab olunur. Şeytan (lən) Həzrət Adəmə (ə) vəsəvəsə etdiyi kimi, hər bir imanlı insana da vəsvəsə edir ki, İlahi hədləri riayət etməkdən çəkindirsin. Ona görə də hər bir imanlı insan yediyi hər bir tikəsinə diqqət etməli və Allahın Quranda təyin etdiyi ədəb qaydalarını yerinə yetirməlidir.


OXŞAR XƏBƏRLƏR

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...