“Rusiya aclıqdan silah kimi istifadə edir” - Zelenski

“Rusiya aclıqdan silah kimi istifadə edir” - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski sərt açıqlamalar verib.

 

Sfera.az bildirir ki, o, bu barədə Kiyevdə keçirilən “Ukraynadan taxıl” adlı toplantıda danışıb. 

 

“Ukrayna gücünü və azadlığını itirməyəcək, terrorizmə qalib gəlmək üçün qlobal konsensusu müdafiə edəcək”, deyən Zelenski fikirlərini bu cür davam etdirib:

 

“Rusiya ərzaq qıtlığından və aclıqdan silah kimi istifadə etməyə davam edir”.

 

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə keçirilən görüşdə Latviya Prezidenti Edqars Rinkeviç, İsveçrə Prezidenti Alain Berset və Litvanın Baş naziri İnqrida Simonyte şəxsən iştirak ediblər. Polşa prezidenti Andjey Duda, Qvatemala prezidenti Alejandro Giammattei, Estoniya prezidenti Alar Karis, İtaliyanın baş naziri Giorgia Meloni, Hollandiyanın baş naziri Mark Rutte və Belçikanın baş naziri Alexander De Croo görüşə videokonfrans vasitəsilə uzaqdan qoşulublar.

 

Türkan


OXŞAR XƏBƏRLƏR