“Atəşkəsi uzada bilərik, amma bir şərtim var” - Netanyahu

“Atəşkəsi uzada bilərik, amma bir şərtim var” - Netanyahu

İsrailin baş naziri Netanyahu müvəqqəti atəşkəsin uzanıb-uzanmayacağı barədə sualı cavablandırıb.

 

Sfera.az bildirir ki, o, bununla bağlı bir şərtinin olduğunu açıqlayıb. Netanyahu HƏMAS-ın hər gün 10 girovu azad edəcəyi halda, atəşkəsin bir gün uzadılacağını bildirib.

 

“HƏMAS bunu edərsə, silahlar susa bilər”, deyə o əlavə edib.

 

HƏMAS da öz növbəsində daha çox girovu azad etmək üçün müvəqqəti atəşkəsi uzatmağa çalışdıqlarını açıqlayıb.

 

Qeyd edək ki, Qəzzada müvəqqəti atəşkəsin üçüncü günündə HƏMAS 17, İsrail isə 39 fələstinli məhbusu azad edib. Son 72 saat ərzində 172 nəfər sərbəst buraxılıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR