150 provayderi əhatə edən sistem yaradıldı - Problemlər həll olunacaqmı?

150 provayderi əhatə edən sistem yaradıldı - Problemlər həll olunacaqmı?

İnternetdə problem yarandıqda adətən istifadəçilər provayderi tapa bilmir, buna görə də digər aidiyyatı qurumlara müraciət edir, sosial mediada paylaşımlar edirlər.

 

Sfera.az -ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, əslində provayderin adı, ünvanı, məsul şəxsi ilə bağlı məlumatsızlıq bu sahədə problemlər yaradır:

 

“Bu hallara son qoymaq üçün sektorun tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi 150 provayderi əhatə edən bir "E-şikayət"  - e-complaint.icta.az sistemi hazırlayıb.

 

Bütün provayderlərə şikayət və müraciətlər mərkəzləşdirilib. İstifadəçi dərhal, real vaxtda müştərisi olduğu provayderi sistemdən tapa və  şikayətini ünvanlaya biləcək. Agentliyin də bu sistem vasitəsilə şikayətləri və ona reaksiyaları, xidmətlərin keyfiyyətini, müştəri məmnuniyyətini izləmə imkanı olacaq”.

 

Ekspert bildirib ki, bu, provayderlərdə məsuliyyət formalaşdıracaq:

 

“Tənzimləyici qurum provayderə olan şikayətləri monitorinq edə biləcək. Eyni zamanda, İKTA-nın əlində provayderlərdəki vəziyyət və keyfiyyətlə bağlı data formalaşacaq. Bu data əsasında isə qurum daha effektiv qərarlar verə biləcək.

Bu sistem internetin keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...