Bu universitetin tələbələri də qızılcaya yoluxdu
Cəmiyyət
14:01 / 27.11.2023
7360
AzTU-da ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb.
Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq universitetdən bildirilib.
Qeyd olunub ki, həmin tələbələr izolyasiya olunublar: "Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib".