Bayden bu çıxışına görə ÜZR İSTƏDİ

Bayden bu çıxışına görə ÜZR İSTƏDİ

Bayden dünyada da səs-küy yaradan açıqlamasına görə üzr istəyib.

 

Sfera.az bildirir ki, bunu “Fox New” iddia edib. Qeyd olunub ki, ötən ay İsrailin hücumlarında həlak olan mülki vətəndaşların sayına inanmadığını deyən Ağ Ev rəhbəri buna peşman olub.

 

“Bayden oktyabrın 25-də Qəzzada ölənlərlə bağlı verdiyi şərhin ertəsi günü beş müsəlman vəzifəli ilə görüşüb. O, görüş zamanı “Üzr istəyirəm. Öz adıma məyus oldum”, deyə söyləyib”.

 

Nəşr həmçinin qeyd edib ki, prezidentlə görüşən şəxslər onu fələstinlilərə daha çox empatiya göstərməyə çağırıb: “Bayden görüşün sonunda iştirakçılardan birini qucaqlayıb”.  Lakin Ağ Ev “Fox New”un məlumatına cavab verməkdən imtina edib.

 

Qeyd edək ki, Qəzzada çoxu qadın və uşaq olmaqla 14 mindən çox fələstinli həlak olub.

 

Günay


OXŞAR XƏBƏRLƏR