“Ceyranlar cəld olduqlarına görə minalardan yayınırlar, ona görə də...” – REPORTAJ

“Ceyranlar cəld olduqlarına görə minalardan yayınırlar, ona görə də...” – REPORTAJ

Azərbaycanda ceyranların artımı üçün işlər aparılır.

 

Sfera.az xəbər verir ki, bu barədə “The Times”da məqalə dərc olunub:

 

Sönmüş vulkanın fonunda çəmənli düzənliyin alçaq kolları arasından zərif ceyranlar görünür. Üfüqdə neft qurğularının kölgələri görünməsəydi buranın Azərbaycan yox, Afrika düzənlikləri olduğunu düşünmək olardı.

 

Şirvan Milli Parkı Azərbaycanın neft-kimya kompleksləri ilə zəngin paytaxtının cənub-qərbində yerləşir və regionun ən mühüm bataqlıq ərazilərindən biridir. Göllərində flaminqolar da daxil olmaqla köçəri quşlar məskən salır və o, eyni zamanda bir vaxtlar kütləvi ovlanma nəticəsində nəsli kəsilməkdə olan Avrasiya ceyranlarının təhlükəsiz məskunlaşdığı məkandır.

20-ci əsrin əvvəllərində Cənubi Qafqazda 600 minə yaxın ceyran yaşayırdı. Onları hərr addımda görmək o qədər adi bir mənzərə idi ki, ceyran əti Gürcüstanın paytaxtı Tbilisinin bazarlarında satılırdı. Lakin Sovet dövründə ceyrabnların otladığı çəmənliklərinin çox hissəsi buğda və üzümçülük məqsədilə becərilirdi. Artıq 1960-cı ildə ceyranların sayı 200-ə enmişdi. 1961-ci ildə Şirvan Milli Parkı yaradıldı və ekoloqlar ceyranların sayını artırmaq üçün işlərə başladılar.

 

Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan üzrə direktoru Elşad Əsgərov bildirib ki, ceyranların ölkəmizin folkloruna böyük təsiri var və bu gün də onlara hörmətlə yanaşılmaqdadır.

 

1990-cı illərdən sonra isə əlavə bir problem yarandı.

 

Sovet İttifaqının dağılması ilə Azərbaycan ərazisinin beşdə biri olan Dağlıq Qarabağ Ermənistan tərəfindən zəbt edildi. İşğaldan sonrakı üç onillikdə ərazilər minalanmış və bura boz zona kimi məhv edilmişdir. 2020-ci ilin payızından Azərbaycan işğal altındakı ərazilərini geri almaq üçün hücuma keçdi və böyük zəfər qazandı. İndi isə işğaldan azad olunmuş ərazilərin minalardan intensiv təmizlnəməsi işləri həyata keçirilir.

 

Ceyranlar ayı və atlar kimi digər iri heyvanlara nisbətən çevik olduqlarına görə minaya az düşürlər. Buna görə də ekoloqlar ceyranların ərazidən təxliyyə edilməsini zəruri görməyib. Ötən il layihə çərçivəsində Şirvanda doğulub böyüyən 33 baş ceyrandan ibarət ilk qrup əraziyə buraxılıb.

 

Əsgərov və komandası onları izləyə bilməsi üçün ikisinə GPS cihazı quraşdırmışdı. Rusiya Ukraynanı işğal etdikdən sonra Kreml hücumların qarşısını almaq üçün bütün regionda GPS sistemlərini bağlamağa başladı. Cihazların istifadə etdiyi peyk sistemi yavaşladı, sonra isə tamamilə fəaliyyətini dayandırdı və alimlər ceyranların izini itirdilər. Əsgərovun sözlərinə görə, əraziyə növbəti qruplar buraxıldıqda onlara digər cihazlar quraşdırılacaq. Son hesablamalara görə Azərbaycanda 7 minə yaxın ceyran yaşayır.

 

Ekoloqlar bir vaxtlar zərərverici hesab edilən bəbirlərin reintroduksiyasında da müəyyən uğurlar əldə ediblər. Onların 1970-ci illərdə nəslinin kəsildiyi güman edilirdi, lakin 2002-ci ildə aparılan tədqiqat layihəsi dağlarda onların bəzi izlərinin olduğunu aşkarladı. Beş ildən sonra komanda ərazidə kameralar yerləşdirdi və bəbirlərin hələ də orada olduğunu sübut edən kadrlar çəkildi. Əsgərov bunu “həyatının ən böyük uğuru”, adlandırıb. Bu günə qədər 30-a yaxın bəbir müşahidə olunub və onlar Azərbaycan torpağında çoxalmağa başlayıblar.

 

Qafqaz pələngi bir vaxtlar burada və Orta Asiyada da görünürdü, lakin onun nəsli çoxdan kəsilib. Onun yerinə Sibir pələngini tanıtmaq üçün layihəyə başlayan Qazaxıstan Azərbaycandakı parka bir cüt verməyi təklif etsə də, alimlər bundan imtina ediblər.

 

Əsgərov gülərək bildirib ki, pələnglərə böyük ərazi lazımdır: “Qazaxıstanın onlar üçün yeri var. Bizim isə yoxdur”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...