"Taxta bazarı"nda 1,5 milyonluq malı yanan sahibkar keçmiş məmurdur - FOTO

Bir neçə gün əvvəl yanğın baş verən "Taxta bazarı"nda zərərçəkənlərdən biri keçmiş məmurdur.

 

Sfera.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sözügedən şəxs sahibkar Əmrah Cəfərovdur.


O, uzun müddət keçmiş Nəqliyyat Nazirliyində işləyib. Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı sərnişin və yük daşımalarının təşkili İdarəsinin rəis müavini və Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini vəzifələrində çalışıb. Eləcə də Bakı Nəqliyyat Agentliyinin taksi fəaliyyətinin planlaşdırılması şöbəsinin müdiri olub.
 

Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ə.Cəfərov yanğında ən çox zərərçəkənlərdən biridir. O, İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bir milyon yarımlıq malı yanaraq külə dönüb.
 

Zərərçəkən yanğından bir gün əvvəl obyektə bir vaqon mal gətirildiyini söyləyib. Sahibkar yanaraq külə dönmüş obyektinin 800 kvadrat metrə yaxın olduğunu bildirib.
 

Qeyd edək ki, noyabrın 23-də Dərnəgüldə yerləşən "Taxta bazar"ında güclü yanğın baş verib. Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanıb. Yanğın söndürülsə də, sahibkarlara xeyli sayda zərər dəyib. Fakta görə cinayət işi başlanıb.


Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilib.
 

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...