Kiberdələduzluq halları ilə bağlı XƏBƏRDARLIQ: “Vəsaitləriniz oğurlana bilər”

Kiberdələduzluq halları ilə bağlı XƏBƏRDARLIQ: “Vəsaitləriniz oğurlana bilər”

Son zamanlar ölkədə müxtəlif kiberdələduzluq hallarına rast gəlinir. Mütəmadi olaraq  vətəndaşların bu cür hadisələrin qurbanı olduqları barədə məlumatlarla qarşılaşırıq.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən texnobloqqer Fərid Pərdəşünas deyib ki,  ölkədə kiberdələduzluq heç vaxt olmadığı qədər yüksək həddə çatıb:

 

“Məsələn, investisiya dələduzluğu - vətəndaşa az məbləğdə etdiyi yatırımlarla qazanc imkanı yaradan bu dələduzluq metodu növbəti mərhələdə qurbandan daha çox pul tələb edir. Qurbana kiçik məbləğlərlə qazancını ödəyib tam inandırdıqdan sonra bu məbləğlər 20-30 min manata qədər qalxır və sonda dələduzlar balansda yığılan pulu çıxarmaq üçün balansdakı qədər pul tələb edib aradan çıxırlar. Digər kiberdələduzluq nümunələrindən biri də DYP cərimələrinin endirimli ödənilməsi ilə bağlıdır. Bu dələduzluq növündə saxta yaradılmış keçid linki ilə vətəndaşın şəxsi məlumatlarına uyğun endirimli cərimə məbləğləri təklif olunur. Kifayət qədər inandırıcı olan bu prosesdə həqiqətən sizin cərimə əks olunur və ödəyən zaman kart məlumatlarınız əldən gedir”.

 

Mütəxəssis həmçinin qeyd edib ki, Azərpoçtdan gələn "trendyol" bağlamaları ilə əlaqəli mesajlar da dələduzluq növlərindən biridir:

 

“Azərpoçt adından bağlamanızın bəyan edilməsi və ya hansısa səbəbdən bağlamada problem yaranması barəsində xarici nömrədən mesaj gəlir. Burada çox cüzi məbləğ ödəmək tələb olunur. Lakin əsas hədəf kart məlumatlarını alıb, bütün kartda olan vəsaiti oğurlamaqdır. Həmçinin, əlamətdar günlər və bayramlarda bank səhifələri adından şanslı istifadəçi olaraq 200 AZN, 500 AZN qazandığınızı bildirən “Facebook”, “Instagram” reklamları bu sıralarda yer alır. Bunlara klik etdikdə vəsaiti qəbul etmək üçün kart məlumatları tələb edilir. Əsas hədəf təbii ki, hesabdakı pulları oğurlamaqdır.  Endirimli kommunal ödənişlər dələduzluğu da var. Bu növ saytlarda şəxsi məlumatlarınızı yazdıqdan sonra endirim təklif olunur. Əsas hədəf yenə də kart məlumatlarının əldə edilməsi və balansdakı vəsaitlərin mənimsənilməsidir. Hər bir halda itirilmiş vəsaitlərin geri qaytarılması 99% hallarda mümkün olmur. Çünki vəsaitlər dərhal xarici hesablara ötürülür və iz itirilir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

50 manata şaftalı? - Paytaxt bazarlarında əl yandıran QİYMƏTLƏR

Paytaxt bazarlarında bəzi meyvə və tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur.   Sfera.az ATV-yə istinadən məlumat ver...

Makedoniyalı İsgəndərin ailəsinin sirri: İndi də sərkərdənin atasının cəsədi itkin hesab edilir

Təxminən 50 il əvvəl arxeoloqlar Yunanıstanın şimalındakı qədim Vergina şəhəri yaxınlığında qazıntılar zamanı yeni bir kəşf ediblər. Qərara gəlinib ki, Makedoni...

Ronaldonun öz-özünə danışması gündəm oldu - VİDEO

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.   Sfera.az xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldonun komandası “Ən...

Leyla və Arzu Əliyevalar konsertdə - FOTOLAR

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gə...

Təkərli Gitara: Elvis Preslinin ən qeyri-adi avtomobili satılır - FOTO

Elvis Preslinin çox qeyri-adi "Cadillac"ı Fransada satışa çıxarılıb. Nəhəng çəhrayı avtomobil gitaraya bənzəyir.   Sfera.az bildirir ki, &l...

May ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?

Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, meteoroloqların fikrincə, ma...