Əsir mübadiləsi üçün son gün - Humanitar fasilə uzadılacaqmı?

Əsir mübadiləsi üçün son gün - Humanitar fasilə uzadılacaqmı?

HƏMAS ilə İsrail arasında 4 günlük əsir mübadiləsi və humanitar razılaşmanın son gününüdür. HƏMAS 39, İsrail isə 117 əsiri azadlığa buraxıb. Razılaşma çərçivəsində bu gün ən azı daha 10 israilli əsirin sərbəst buraxılacağı gözlənilir.

 

Müqavilənin gündə 10 əsirin qaytarılması müqabilində uzadılması ehtimalı var.

 

Sfera.az xəbər verir ki, həm İsrail, həm də HƏMAS razılaşmanın uzadılmasına dair siqnallar verib.

 

HƏMAS yazılı açıqlamasında daha çox əsiri azad etmək üçün İsraillə əsir mübadiləsi və "humanitar fasilə"ni ehtiva edən müqaviləni uzatmağa çalışdıqlarını bildirib.

 

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə telefon danışığında atəşkəsin uzadılmasına müsbət yanaşdıqlarını bildirib.

 

HƏMAS hər gün 10 məhbusu azad etsə, İsrail fələstinli məhbusları azad edəcək və humanitar yardımın Qəzzaya daxil olmasına icazə verəcək.

 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR