“Bu hörmətsizlik idi, Tarkan üzr istəməlidir” – Deputat konsert qalmaqalından DANIŞDI

“Bu hörmətsizlik idi, Tarkan üzr istəməlidir” – Deputat konsert qalmaqalından DANIŞDI

Ötən gün Bakıda baş tutan türkiyəli müğənni Tarkanın konserti ilə bağlı narazılıqlar artır.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən konsertin PR və Media meneceri Pərviz Hüseynli deyib ki, gecədə müğənninin istədiyi sayda səs, işıq və ekran quraşdırılıb:

 

“Şouya aid hər şey sənətçinin komandası tərəfindən idarə olunur. Səsin desibelinin nə qədər olması, ekranlarda hansı slaydın və ya görüntünün nümayiş edilməsi təşkilatçıya aid məsələ deyil. Təşkilatçıların işi insanları ora təhlükəsiz şəkildə keçirmək, tədbirin sonunadək mühafizə etməkdir. Zalda hər şey beynəlxalq standartlara uyğun quraşdırılmışdı. Şouya aid hissələrə görə məsuliyyət bizim üzərimizdə deyil”.

 

Deputat Razi Nurullayev isə sözügedən narazılıqlarla bağlı maraqlı təklif səsləndirib. O, Tarkanın üzr istəməli olduğunu deyib:

“Bahalı bilet alan vətəndaşlar niyə akustikanı bərbad eşitməli idilər? Necə olur ki, zalda konsert gedir, Tarkan 4-5 mahnı oxuyub, amma hələ zala daxil olmayanlar var. İnsan zala daxil olur və görür ki, konsertin az qala yarısı bitib. Azərbaycan vətəndaşına niyə ikinci sort kimi yanaşılmalıdır? Təşkilatçılar bu yanaşmanı və diqqətsizliyi başqa bir Avropa xalqına edə bilərdilər? Sizləri məhkəmələrdə süründürər və pullarını geri almaqla bərabər, təzminat da tələb edərdilər”.

 

Deputat bildirib ki, təşkilatçılar, Tarkan və komandası ciddi qüsurlara yol verib:

 

“Tarkan və komandası tamaşaçılara böyük hörmətsizlik edib. Texniki məsələlərə də müğənninin komandası cavabdehlik daşıyır. Belə çıxır ki, pul qazandın, tamaşaçılar da narazı qaldı. Daha zəhmət çəkib, pul xərcləyib ora niyə gedirdilər, elə “Youtube”da qoyub baxardılar kliplərə. Tarkan Azərbaycan tamaşaçılarından üzr istəməlidir!”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Anası tərəfindən səhnəyə itələndi, kazinoçular tərəfindən oğurlandı - FOTOLAR

Yeşilçamın “mavi muncuğu” kimi yadda qalan Emel Sayın həm səsi, həm də oynadığı filmlərin uğuru ilə ürəyimizi fəth edən bir addır. Ancaq çoxları &ld...

Balıq ovuna qadağa qüvvəyə mindi: Qiymətlərə təsir edəcək?

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1...

50 manata şaftalı? - Paytaxt bazarlarında əl yandıran QİYMƏTLƏR

Paytaxt bazarlarında bəzi meyvə və tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur.   Sfera.az ATV-yə istinadən məlumat ver...

Makedoniyalı İsgəndərin ailəsinin sirri: İndi də sərkərdənin atasının cəsədi itkin hesab edilir

Təxminən 50 il əvvəl arxeoloqlar Yunanıstanın şimalındakı qədim Vergina şəhəri yaxınlığında qazıntılar zamanı yeni bir kəşf ediblər. Qərara gəlinib ki, Makedoni...

Ronaldonun öz-özünə danışması gündəm oldu - VİDEO

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.   Sfera.az xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldonun komandası “Ən...

Leyla və Arzu Əliyevalar konsertdə - FOTOLAR

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gə...