Dondurulmuş balıq alanlar - ehtiyatlı olun - VİDEO

Dondurulmuş balıq alanlar - ehtiyatlı olun - VİDEO

Çindən gətirilən dondurulmuş balıqların üzərindəki etiket dəyişdirilərək yenidən satışa çıxarılır. Belə bir iddia irəli sürən Rasim Behbudov dövlət orqanlarına da bu barədə müraciət edib. Firmadan isə deyilənlərin yalan və böhtan olduğu bildirilib.

Balıq məhsullarının istifadə müddətinin dəyişdirilərək satıldığı iddia edilir.

Sfera.az xezerxeber.com-a istinadən bildirir ki, balıq satışı ilə məşğul olan firmalardan birinin keçmiş işçisi bildirir ki, məhsulların üzərindəki yarlıq dəyişdirilərək satılır. Onun sözlərinə görə, firma dondurulmuş balığı Çindən gətirir və vaxtı bitdikdən sonra üzərindəki etiket dəyişdirilərək satılır.

Rasim Behbudovun sözlərinə görə, bu səbəbdən işdən də çıxıb. İşdən çıxdıqdan sonra isə İqtisadiyyat Nazirliyinə müraciət edib.

İddialarla bağlı firmadan bildirildi ki, deyilənlər yalan və böhtandır.

Həmçinin qeyd olundu ki, Rasim Behbudov haqqında bir neçə dəfə şikayət gəldiyi üçün və deyilən sənədləri təqdim etmədiyindən firma tərəfindən işdən çıxarılıb. Yəni, öz istəyi ilə çıxmayıb.

İqtisadiyyat Nazirliyindən isə bildirildi ki, Rasim Behbudov Antinhisdar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə dəvət olunub və ərizəsi alınıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...