Bakıya bu tarixdən qış soyuğu gəlir

Cəmiyyət
15:25 / 26.11.2023
2615
Noyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək.
Manset.az xəbər verir ki, həmin gün yağış yağacaq və havanın temperaturu digər günə nisbətən 12 dərəcə aşağı düşəcək.
Noyabrın 28-də gündüz 10 dərəcə, gecə isə 7 dərəcə isti təşkil edəcək. Gün ərzində yağış yağacaq.
Növbəti günlərdən havanın temperaturu bir qədər artsa da ümumilikdə soyuq hava şəraiti bir neçə gün davam edəcək.