Konsert zamanı izdihamda 4 nəfər ÖLDÜ

Konsert zamanı izdihamda 4 nəfər ÖLDÜ

Hindistanda konsert zamanı izdihamda 4 nəfər ölüb.

 

News24.az report-a istinadən xəbər verir ki, Hindistanın cənubundakı Kerala ştatında konsert zamanı yaranan izdiham nəticəsində 4 tələbə ölüb, daha 60 nəfər yaralanıb.

 

Bu barədə NDTV telekanalı ştatın səhiyyə naziri Vin Corcuya istinadən məlumat yayıb.

 

İzdiham Koçin Elm və Texnologiya Universitetində açıq havada keçirilən konsertdə yaranıb. Tədbirə 2 mindən çox insan toplaşıb.

 

Hadisə yerində həkimlər və polis əməkdaşları işləyir.


OXŞAR XƏBƏRLƏR