Rusiyada repressiyaların yeni dövrü başlayır - Kreml bütün videomüşahidə sistemlərinə nəzarət etmək istəyir 

Rusiyada repressiyaların yeni dövrü başlayır - Kreml bütün videomüşahidə sistemlərinə nəzarət etmək istəyir 

Kreml Rusiyadakı bütün videomüşahidə sistemlərinə nəzarəti ələ keçirmək istəyir. Bununla, hakimiyyət çox güman ki, ölkədə daxili repressiyaları gücləndirmək istəyir.

 

Sfera.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bildiriblər.

 

24 noyabr tarixli yeni hesabatda Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi ölkədəki bütün videomüşahidə sistemlərindən materialların saxlanması və emalı üçün vahid platforma yaratmağı təklif etdiyi bildirilir. Belə bir layihənin dəyəri təxminən 134 milyon ABŞ dolları və ya 12 milyard Rusiya rublu təşkil edir.

 

"Rusiya Rəqəmsal İnkişaf Nazirliyi 2030-cu ilə qədər Rusiya üzrə müşahidə kameralarının sayını beş milyona çatdırmağı və hamısını üz və görüntünün tanınması proqramı ilə yaratmağı planlaşdırır"- hesabatda deyilir.

 

Analitiklərin fikrincə, Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi ölkədəki bütün videomüşahidə sistemlərindən materialların saxlanması üçün vahid platforma yaratmağı təklif edib. Həmçinin müşahidə kameralarının sayının 5 milyona çatdırılması nəzərdə tutulur.

 

Qeyd edək ki, daha əvvəl KİV Rusiya prezidenti Vladimir Putinin artıq 2024-cü ildə keçiriləcək yeni seçkilərə hazırlaşdığını yazıb. Seçkinin nəticəsi Rusiyanın hərbi strategiyasına birbaşa təsir edəcək. Xüsusən də Putinin qalib olması yeni səfərbərliyin elan edilib-edilməyəcəyini müəyyən edəcək. Lakin tənqidçilər müxalifət liderlərinin əksəriyyətinin ya sürgün edildiyi, ya da həbs edildiyi müharibə şəraitində olan ölkədə prezident seçkilərinin məqsədini də şübhə altına alır.

 

Rusiya mətbuatı həmçinin Rusiyada ordu üçün pilotsuz təyyarələrin elektron siqaretlərdən hazırlanacağını bildirib. Samaradakı universitetlərdən birində elektron siqaretlərin yığılması üçün aksiya təşkil edilib. Elektron siqaretlərin hissələri çıxarılıb İHA-larda istifadə ediləcək.

 

Aynil


OXŞAR XƏBƏRLƏR