ABŞ Türkiyəni buna məcbur etmək istəyir - “Bloomberg”

ABŞ Türkiyəni buna məcbur etmək istəyir - “Bloomberg”

ABŞ Türkiyəni Rusiya və HƏMAS-a qarşı sanksiyalar tətbiq etməyə məcbur etmək istəyir.

 

Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd olunub ki,  ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müşaviri Brayan Nelson Türkiyəyə səfəri zamanı bu barədə danıqlar aparacaq.

 

“Nelson Türkiyədən bir sıra Rusiya təşkilatlarına və HƏMAS-ın maliyyə fəaliyyətlərinə qarşı ABŞ-nin birtərəfli sanksiyalarına əməl etməyi xahiş edəcək”, - materialda qeyd olunub.

 

Müəlliflər əlavə edib ki, ötən ay ABŞ Türkiyədə sanksiya tətbiq edilən şəxslərin siyahısını genişləndirib. Buna səbəb isə onların fələstinli silahlılara, o cümlədən Rusiyaya sanksiyalardan yayınmağa kömək etmələri olub.

 

Türkan


OXŞAR XƏBƏRLƏR