“Əsir mübadiləsi bir başlanğıcdır” - Bayden

“Əsir mübadiləsi bir başlanğıcdır” - Bayden

İsrail və HƏMAS arasında razılaşdırılmış humanitar atəşkəsdən sonra 13 israilli və 39 fələstinli əsir azad edilib.

 

Sfera.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden bununla bağlı deyib ki, atəşkəs Qəzzadakı mülki şəxslərə ehtiyac duyulan qida, dərman, su və yanacaq çatdırmaq üçün kritik bir fürsət təqdim edib:

 

"Bu, yalnız başlanğıcdır və indiyə qədər hər şey yaxşı gedib.Yaxın saatlarda məhbus mübadiləsinin ikinci hissəsi ilə bağlı yeni məlumatlar öyrənəcəyik. Biz sabah və ondan sonrakı günlərdə daha çox əsirin azad ediləcəyini gözləyirik”.

 

Ülkər Adurahmanlı


OXŞAR XƏBƏRLƏR