“Yalvarmaqdan başqa çarəmiz qalmayıb, etməyin” - Fərid Pərdəşünas

“Yalvarmaqdan başqa çarəmiz qalmayıb, etməyin” - Fərid Pərdəşünas

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev vətəndaşlara müraciət ünvanlayıb.

 

Sfera.az bildirir ki, o, bank kartları ilə bağlı bilgiləri başqa şəxslərə göndərməməyi tövsiyə edib.

 

“Kimsə sizə “bank kartınızı göndərin yardım edəcəm”, desə göndərməyin. Yaxud, kimsə sizə satdığınız əşya, daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin, beh verim”, desə etməyin. “Kampaniya var, ucuz məhsullar ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin”, deyənlərə aldanmayıb. “Onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiniz”, deyənlərə qoşulmayın. Hamısı yalandır!”.

 

Tanınmış texnobloqer Fərid Pərdəşünas isə hazırda bu istiqamətdə vəziyyətin acınacaqlı olduğunu vurğulayıb.

 

“Bizim çağırış etməkdən, səslənməkdən, hətta yalvarmaqdan başqa çarəmiz yoxdur. Çünki burada hər hansısa texniki hücumlardan söhbət getmir. İnsanlar öz əlləri ilə pullarını ötürürlər. İnsanlar öz istəkləri ilə piramida sistemlərinə yatırım edirlər. Bunların qarşısınə almağın texniki yolu ölkədə onlayn tranzaksiyaları bloklamakdır. Bu da iqtisadiyyatı çökdürmək deməkdir. Bu səbəbdən yeganə yol maarifləndirmədir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

50 manata şaftalı? - Paytaxt bazarlarında əl yandıran QİYMƏTLƏR

Paytaxt bazarlarında bəzi meyvə və tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur.   Sfera.az ATV-yə istinadən məlumat ver...

Makedoniyalı İsgəndərin ailəsinin sirri: İndi də sərkərdənin atasının cəsədi itkin hesab edilir

Təxminən 50 il əvvəl arxeoloqlar Yunanıstanın şimalındakı qədim Vergina şəhəri yaxınlığında qazıntılar zamanı yeni bir kəşf ediblər. Qərara gəlinib ki, Makedoni...

Ronaldonun öz-özünə danışması gündəm oldu - VİDEO

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.   Sfera.az xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldonun komandası “Ən...

Leyla və Arzu Əliyevalar konsertdə - FOTOLAR

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gə...

Təkərli Gitara: Elvis Preslinin ən qeyri-adi avtomobili satılır - FOTO

Elvis Preslinin çox qeyri-adi "Cadillac"ı Fransada satışa çıxarılıb. Nəhəng çəhrayı avtomobil gitaraya bənzəyir.   Sfera.az bildirir ki, &l...

May ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?

Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, meteoroloqların fikrincə, ma...