Ginekoloqdan hamilə qadınlara ÇAĞIRIŞ: "Bu səhvi etməyin"

Ginekoloqdan hamilə qadınlara ÇAĞIRIŞ:

Hamilə qadınların etdiyi bir sıra səhvlər var. Onlardan biri də planlaşdırılmamış hamiləliyə dərmanla son qoymaqdır.

 

Hamiləliliyi bu cür sonlandırmağın nə kimi fəsadları var?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan ginekoloq Təranə Həsənova bildirib ki, bu, farmokoloji abort hesab olunur.

 

“Farmakoloj abortların özünə görə bir sıra fəsadları  var. Ona görə mütləq dərman qəbulu həkim nəzarəti altındda olmalıdır. Hamiləliyin müddətindən asılı olaraq dərmanın dozasını həkim təyin etməlidir”.

 

Ginekoloq bildirib ki, xanımların bir çoxu bu dərmanı ev şəraitində qəbul edirlər:

 

“Onlar dozanı düzgün təyin edə bilmirlər. Bu da onların sağlamlığı üçün təhlükəyə çevrilir.  Nəticədə güclü qanaxma baş verir və bu da insturmental aborta ehtiyac yaradır”.

 

T. Həsənova son olaraq əlavə edib ki, xanımlarıın özbaşına hamiləliyi pozması sağlamlıq üçün ciddi təhlükədir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR