“Amerikalı gənclər növbəti seçkilərdə Baydenə səs verməyəcək” – Məşhur nəşrdən İDDİA

“Amerikalı gənclər növbəti seçkilərdə Baydenə səs verməyəcək” – Məşhur nəşrdən İDDİA

Bayden amerikalı gənclərin də dəstəyini itirir.

 

Sfera.az bildirir ki, bu barədə “The Washington Post” məlumat yayıb. Qeyd olunub ki, buna səbəb İsrail- HƏMAS toqquşmasıdır. Nəşrin məlumatına görə, ABŞ-nin hazırkı prezidenti Co Bayden Qəzza zolağında atəşkəsin tərəfdarı olmadığı üçün gənclərin ona olan güvəni sarsılıb.

 

“Yaxın Şərqdə qurbanların sayının artması ilə bir çox gənc seçicilər Baydenin baş verənlərə reaksiyasından məyus olublar. Onlar qarşıdan gələn prezident seçkilərində respublikaçı və ya demokrat olmayan üçüncü partiyanın namizədinə səs vermək imkanını nəzərdən keçirirlər”, deyə “The Washington Post” qeyd edib.

 

Nəşr həmçinin vurğulayıb ki, belə əhval-ruhiyyədə olan gənclərin ümumilikdə səsvermədə iştirak etməyəcəyi də istisna edilmir.  “Xüsusilə gənclər arasında gələn il keçiriləcək prezident seçkiləri öncəsi Baydenin mövqeyi bir qədər zəifləyib. Onlar prezidentin Qəzzada atəşin dayandırılmasını birmənalı və qətiyyətlə müdafiə edəcəyini gözləyirdilər. Amma Bayden bunu etmədi”.

 

Qəzet qeyd edib ki, gənc amerikalı seçicilər həm də Bayden-Tramp mübarizəsindən narazıdırlar. Ekspertlərin fikrincə, bütün bunlar Baydenin gələn il keçiriləcək seçkilərdə yenidən seçilməsini çətinləşdirəcək.

 

Günay


OXŞAR XƏBƏRLƏR