İsrail-HƏMAS arasındakı atəşkəs nə ilə nəticələnəcək?: “Döyüş yenidən başlayarsa..”

İsrail-HƏMAS arasındakı atəşkəs nə ilə nəticələnəcək?: “Döyüş yenidən başlayarsa..”

“İsrailin Qəzza zolağını HƏMAS-dan tamamilə azad etmək istəyinin reallaşması asan deyil”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O, qeyd edib ki, bir aydan artıq davam edən münaqişədə İsrail istədiyi nəticəyə nail ola bilmədi:

 

“İsrailin quru əməliyyata başlamaqda məqsədi qısa müddətdə Qəzzaya daxil olub oranı HƏMAS qüvvələrindən təmizləmək və bunkerlərdə saxlanan girovları azad etmək idi. Lakin Qəzza yenə də “İslami Cihad” qruplaşmasının nəzarəti altındadır və girovların sayı isə getdikcə artır. Üstəlik, HƏMAS rəhbərləri hücumlara görə girovların da qurban getdikləri barədə məlumatlar verirlər. Qəzza zolağında elan edilən dörd günlük atəşkəsi isə  İsrail hökumətinin məcburi addımı kimi qiymətləndirmək olar”.

 

Müsahibimiz qeyd edib ki, HƏMAS üçün son atəşkəs qərarı çoxdan arzuolunan idi:

 

“Çünki onun hərbi qanadına malik olanlar kütləvi şəkildə məhv edilirdi. Atəşkəs dinc sakinlərlə yanaşı, bu döyüşçülərin də ölümünün qarşısını müəyyən qədər alacaq.  Hazırda hamı üçün bir sual maraqlıdır: Atəşkəs nəzərdə tutulduğu kimi 4 gün davam edəcəkmi? Davam edərsə, bu gələcək atəşkəslər üçün əsas olacaq. Lakin 4 gün bitməmiş döyüş yenidən başlayarsa, bu heç də yaxşı əlamət hesab olunmayacaq”.

 

Qeyd edək ki, İsrail ordusu ilə HƏMAS hərəkatı arasında 4 günlük atəşkəs noyabrın 24-ü saat 7:00-dan etibarən qüvvəyə minib.

 

Günay


OXŞAR XƏBƏRLƏR