Öldürdüyü uşaqların cəsədləri ilə üç ay eyni evdə yaşayıb - FOTO

Öldürdüyü uşaqların cəsədləri ilə üç ay eyni evdə yaşayıb - FOTO

Rusiyanın Pskov vilayətində 34 yaşlı qadın üç övladının cəsədi ilə 3 ay birlikdə yaşayıb.

 

Sfera.az xəbər verir ki, gənc qadının çox vaxt uşaqlara yemək verməyib, döydüyü məlum olub. Ümumilikdə ananın 5 uşağı olub, onlardan yalnız ikisi sağ qalıb. 4 yaşlı və bir yaşlı uşağın meyiti mənzildə aşkarlanıb. Bağ evində isə daha bir uşaq, 8 yaşlı qız meyiti tapılıb.

 

Qadının əvvəllər uşaqları ilə birlikdə fərdi evdə yaşadığı qeyd edilir. Avqust ayında birinci uşaq olan qız ölüb. Bundan sonra qadın, oğlanları ilə birlikdə kirayə qaldığı mənzilə köçüb. Uşaqların cəsədlərini onlara baş çəkmək qərarına gələn nənə aşkar edib.

 

Qızı ona avqust ayında uşaqların yuxuda öldüyünü deyib. Qadının 5 yaşlı qızı və nənəsi ilə birlikdə yaşayan 12 yaşlı oğlu sağ qalıb. Üç ay qardaşlarının cəsədləri ilə eyni evdə yaşayan qız müvəqqəti qəyyumluq orqanlarına təhvil verilib. Uşaqla bir müddət psixoloqlar məşğul olacaq. Hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə şübhəli bilinən qadını saxlayıb.

 

Uşaqların ölüm səbəbləri də aydınlaşdırılır. Qadının onları acından öldürdüyü ehtimal olunur. Teleqram kanalları qadının uşaqları mütəmadi döydüyünü yazır. Gənc qadın əvvəllər valideynlik vəzifələrini lazımınca yerinə yetirmədiyi üçün hüquq-mühafizə orqanlarında qeydiyyatda olub.

 

Ümumilikdə qadının 5 uşağının hamısı müxtəlif kişilərdən olub. O, sonuncu övladını 2023-cü ildə dünyaya gətirib, ancaq uşağın dəqiq doğum tarixini xatırlamır. Həm də oğlan qeydiyyata alınmayıb. Ən kiçik uşaqdan hətta nənənin də xəbəri olmadığı bildirilir. Yalnız nənəsi ilə yaşayan 12 yaşlı uşaq məktəbə gedib.

 

Kirayədə qaldığı mənzildəki qonşularının dediyinə görə evə narkomanlar toplaşıb və daim sərxoş məclisləri təşkil edilib. Qonşular həmçinin onu da bildiriblər ki, qadın hər kəsin gözləri önündə uşaqları döyüb, onları yemək yeməyə qoymayıb.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR