Bu evlər işıqsız, qazsız, susuz qalacaq

Bu evlər işıqsız, qazsız, susuz qalacaq

Kommunal şəbəkələrə qoşulmaqla bağlı yeni qaydalar əvvəl tikilmiş qanunsuz evlərə şamil edilməyəcək.

 

Sfera.az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

 

O qeyd edib ki, hansı qanunsuz evlər indiyə qədər kommunal şəbəkələrə qoşulub, onlar istifadə edə biləcəklər.

 

"Kimsə onları şəbəkədən ayırmayacaq. Lakin əsas problem oktyabrın 1-ə qədər kommunal şəbəkələrə qoşulmayan evlərlə bağlı olacaq. Elə evlər var ki, oktyabrın 1-ə qədər texniki şərt alıb, amma komunal şəbəkələrə qoşulmaq üçün müraciət etməyib. Ən böyük problem burada yaranır. Çünki qoşulmaq üçün indi müraciət etdiyi təqdirdə onlara bilidiriləcək texniki şərt artıq qaydalara uyğun deyil", - deyə o, əlavə edib.

 

Qeyd edək ki, oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.

 

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağan edilir.

 

Eyni zamanda, "Elektroenergetika haqqında" cari ilin may ayının 19-da təsdiq olunmuş yeni qanuna əsasən, elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd tələb olunur.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu qaydaları pozan QHT-lər cərimələnəcək

Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair yeni cərimələ...

İtlər sizi bu xəstəlikdən xilas edə bilər - Yeni TƏDQİQAT

Amerikalı alimlər sübut ediblər ki, itlər insanlara yalnız sakitləşməkdə deyil, həm də orqanizmin stressə sağlam reaksiya verməsində mühüm rol oynayır.  ...

Türkiyə ordusuna yeni Baş qərargah rəisi təyin olunub - FOTO

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat ...

Cərimələrin 5 faizi onlara ayrılacaq - Prezident təsdiqlədi

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əla...

Hərbi prokurorun hərbi qulluqçularla görüşü keçirilib - FOTO

Azərbaycan Respublikasının Baş prokurorunun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı gener...

"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib

"Azərlotereya" ASC-nin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, ...