Törətdiyi dəhşətli qırğınlara görə Hitleri belə qorxudan yəhudi - “Praqa cəlladı” + FOTOLAR 

Törətdiyi dəhşətli qırğınlara görə Hitleri belə qorxudan yəhudi - “Praqa cəlladı” + FOTOLAR 

Keçmiş dəniz zabiti Heydrixin dörddə biri yəhudi əsilli olsa da, bu vəziyyəti heç vaxt qəbul edə bilməyib.

 

Sfera.az sizə 6 milyondan çox yəhudinin ölümünə səbəb olan təşkilata rəhbərlik etmiş, yəhudi əsilli nasist generalı Heydrix Reinhard haqqında yazı təqdim edir. Heydrix, qəddarlığına görə hətta “Praqa cəlladı” adını almışdı.

 

 

Nə vaxtsa, nasistlər arasında asanlıqla yüksələ biləcəyini anlayan Heydrix öz işinə sadiq və təşkilatçılıq keyfiyyətlərinə malik idi. Elə buna görə də dövrün aparıcı siyasətçilərindən olan Himmlerin diqqətini çəkmişdi. Himmler tərəfindən işə götürülən Heydrixə verilən ilk vəzifə gizli kəşfiyyat orqanı yaratmaq oldu.

 

SD-nin əsasını qoyan Heydrix karyerası sonradan yüksəlsə də, heç vaxt bu yeri tərk etmədi. İşgəncə və şantajı gündəlik rutinə çevirən Heydrix 1934-cü ildə Ernst Roehm və komandasının öldürüldüyü gecə Himmler və Goering ilə birlikdə qurbanların siyahısını da hazırlamışdı.

 

Himmlerin sağ əli Heydrix birdən-birə 6.000.000 yəhudinin ölümünə səbəb olan təşkilatın rəhbəri oldu. Əsl qatil olsa da, Reynhard Heydrix öz məkrli əməllərini asanlıqla gizlədə bilirdi. Ən gənc nasist idarəçilərindən olan Heydrix həmişə rəhbərlərinin dəstəyinə arxalanıb.

 

 

Heydrixə verilən ən böyük tapşırıq 1941-ci ildə baş verdi. 1939-cu ildə almanlar tərəfindən işğal edilən Çexoslovakiya faşistlərlə əməkdaşlıq etmək istəmirdi.

 

Əhalinin vəziyyəti acınacaqlı, iqtisadiyyat isə dəhşətli idi. “Əl kukla”sına çevrilmiş hökumətin də əli-qolu bağlı idi. Bir müddət sonra reyxprotektor Baron Von Neurath səhhətinin pisləşdiyini izah edərək vəzifəsindən istefa verdi. Çexoslovakiyanı nasistlərə cəlb etmək vəzifəsi Reynhard Heydrixə tapşırıldı.

 

Heydrix vəzifəyə gələn kimi çexlərə öz pis tərəflərini göstərməyə başlayır.

 

Öz missiyasına ona verilən siyahı ilə başladı. O, siyahıdakı adlarda güzəştə getmək istəməyən əsgər və mülki şəxslərə bir-bir ölüm hökmü çıxarıb. Bundan əlavə, Heydrix Reynhard edam etdiyi insanların küllərini qutulara qoyub ailələrinə göndərir, üzərinə edam vaxtını yazırdı.

 

Hərəkətləri ilə qısa müddətdə "Praqa qəssabı" adını qazanan Heydrix hər gün yeni siyahılar hazırlayaraq edamlar həyata keçirirdi. Güzəştdən uzaq olanları bir-bir edam edərək məhv edən nasist generalı qalanlarla əməkdaşlıq etmək istəyirdi. Buna nail olmaq üçün maliyyə imkanlarını da artırırdı.

 

Həddindən artıq işləyən işçilərə əlavə maaş və yemək dəstəyi təklif edən Heydrix, nasistlərin əlində oyuncaq rolunu oynayan hökumətdən də böyük dəstək alırdı. Əslində Praqa radiosu hər gün Heydrixi tərifləyən verilişlər verirdi. Qırğından sonra ictimaiyyətə daha mötədil münasibət bəsləyən Heydrix çexlərə Almaniyanın tərkibində muxtar hökumət imkanı təklif edəcəkdi, lakin təbii ki, bəzi şərtləri var idi.

 

Bu şərtlərdən ən qəddarı müharibə olacağı təqdirdə almanlar adından çexlərin cəbhəyə göndərilməsi idi. Heydrix vədlər verməklə çexlərə dostcasına əl uzatdığını göstərsə də, fürsət tapan kimi onların boğazından tutmaq üçün yollar açırdı. Bu məlumatları əldə edən müttəfiqlər və İngiltərədə sürgündə yaşayan Çex ordusunun yüksək səviyyəli komandirləri zabitlər və könüllü əsgərlərlə birlikdə yeni Çex ordusu yaratmağa başlayırlar.

 

Sözügedən ordunun istədiyi isə Heydrixi məhv etmək idi.

 

Heydrixin məhv edilməsi əməliyyatına iki çex paraşütçü - Yan Kubiş və Yozef Qabçik təyin olundu. Cütlük Çexoslovakiyaya endi.

 

Heydrix isə hər ehtimalı nəzərə alaraq, yüksək təhlükəsizlik tədbirləri ilə özünü qoruyurdu. Bundan əlavə, heç kim Çexoslovakiyada böyük şəxsiyyət kimi görünən Heydrixə hücum edilə biləcəyini düşünmürdü. 27 may 1942-ci ildə Reynhard Heydrix qalasını tərk edərək Berlinə getmək üçün maşını ilə yola düşür.

 

Berlində fürerlə görüşməyə gedən Heydrix yolda olarkən Yan Kubiş və Yozef Qabçikin hücumuna məruz qalıb. O, maşınına atılan əl qumbarası ilə yaralanıb. Yaxınlıqdakı xəstəxanaya çatdırılan generalı Çexoslovakiyanın ən məşhur həkimləri müalicə etsələr də, dalağın və diafraqmanın yaratdığı yaraları bərpa etmək mümkün olmayıb.

 

Mayın 27-dən iyunun 4-dək xəstəxanada hər gün cəhənnəm əzabı çəkən Heydrix edam etdiyi adamlar kimi qəfildən deyil, yavaş-yavaş can verərək, inildəyirdi. Heydrixin öldürülməsindən sonra Lidice adlı çex kəndi sui-qəsdi dəstəklədiyi üçün xəritədən silinib, kəndə basqın edilib, kişi, qadın və uşaqlar güllələnib.

 

Qırğın elə bir cərəyan aldı ki, kənddən uzaqda olan və ya xəstəxanaya yerləşdirilən kənd camaatını səbirlə gözləyib, kəndə addım atan kimi güllələniblər. Yan Kubiş və Yozef Qabçik özləri kimi 5 paraşütçü ilə Praqada kilsədə gizlənərkən iyunun 18-də səhər saatlarında mühasirəyə alınıblar.

 

Bu igidlər təslim olmaq əvəzinə müqavimət göstərib, sonda isə əl qumbarası ilə öldürülüblər. Digər paraşütçülər isə gicgahlarına iynə vuraraq intihar ediblər.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR