Ali Məhkəmə və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün seminar keçirilib - FOTOLAR

Ali Məhkəmə və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün seminar keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Ali Məhkəməsi və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “MEDİAlab” layihəsi çərçivəsində “İfadə azadlığı: hüquqi təminatlar və demokratik cəmiyyətdə zəruri məhdudiyyətlər” mövzusunda seminar keçirilib.

 

Sfera.az xəbər verir ki, tələbələrin hüquqi maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Ali Məhkəmənin hakimləri, MEDİA-nın nümayəndələri və tələbələr iştirak ediblər.

 

Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Abiddin Hüseynov çıxışında fikir və söz azadlığının hüquqi cəmiyyətdəki rolundan danışaraq bildirib ki, mediadan şəxslərin qanunla qorunan mənafelərinə zidd sui-istifadə halı ifadə azadlığının təminatlarının zəifləməsinə səbəb ola bilər. Məhz bu baxımdan insan hüquqlarına dair beynəlxalq aktlarda, milli qanunlarda sözügedən azadlığın cəmiyyətdə zəruri hallarda məhdudlaşdırılması, eləcə də bu sahədə olan məhkəmə təcrübəsi diqqətə çatdırılıb.

 

Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Rəşad Abdulov isə tələbələrə ifadə azadlığının cinayət hüquqi aspektləri haqqında ətraflı məlumat verib, seminar iştirakçılarını böhtan və təhqir cinayət əməllərinin anlayışı, tövsifi və məhkəmə icraatı barədə məlumatlandırıb.

 

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR

İtlər sizi bu xəstəlikdən xilas edə bilər - Yeni TƏDQİQAT

Amerikalı alimlər sübut ediblər ki, itlər insanlara yalnız sakitləşməkdə deyil, həm də orqanizmin stressə sağlam reaksiya verməsində mühüm rol oynayır.  ...

Türkiyə ordusuna yeni Baş qərargah rəisi təyin olunub - FOTO

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat ...

Cərimələrin 5 faizi onlara ayrılacaq - Prezident təsdiqlədi

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əla...

Hərbi prokurorun hərbi qulluqçularla görüşü keçirilib - FOTO

Azərbaycan Respublikasının Baş prokurorunun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı gener...

"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib

"Azərlotereya" ASC-nin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, ...

AQTA sahibkarlara müraciət etdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları ilə təmasda olan material və məmulatlarla bağlı sahibkarlara müraciət edib.   Sfera.az xəbər...