Bu il Azərbaycanda qış fəslinin necə keçəcəyi AÇIQLANDI

Bu il Azərbaycanda qış fəslinin necə keçəcəyi AÇIQLANDI

"Bu qış Azərbaycanda yağıntının miqdarının normadan çox olacağı, eləcə də soyuq hava şəraitinin olacağı proqnozlaşdırılır".

 

Sfera.az xəbər verir ki, bunu ETSN-in Beynəlxalq Əməkdaşlıq şöbəsinin İqlim Dəyişmələri sektorunun müdiri Yaşar Kərimov “Ekspert saatı”nda deyib.

 

O bildirib ki, Ümumdünya Meterologiya Təşkilatının fəsillik proqnozuna əsasən Azərbaycanda gələn ilin qış fəslində havanın orta temperaturunun 1 və ya 2 dərəcə yüksək olacağı gözlənilir: "Nəzərə alsaq ki, qlobal istilər ölkəmizdən də yan keçmir və bu da qışda havanın mülayim keçməsinə təsir göstərir. Hidrometeroloji müşahidə sistemindən aldığımız məlumatların təhlili göstərir ki, havanın temperaturu iqlim normasından yüksək olan illərinin sayı üstünlük təşkil edir".

 

Sektor müdiri vurğulayıb ki, yanvar və fevral aylarında adətən ən soyuq hava temperaturu müşahidə edilir: "Qış fəsli ərzində ölkədə sinoptik hava şəraiti soyuq hava kütlələrinin ölkəyə daxil olması ilə xarakterizə edilir. Qışda aşağı temperaturla yanaşı, siklonu soyuq hava bölməsi üçün şimal - qərb küləklərinin xarakterik olduğunu demək olar".


OXŞAR XƏBƏRLƏR

İtlər sizi bu xəstəlikdən xilas edə bilər - Yeni TƏDQİQAT

Amerikalı alimlər sübut ediblər ki, itlər insanlara yalnız sakitləşməkdə deyil, həm də orqanizmin stressə sağlam reaksiya verməsində mühüm rol oynayır.  ...

Türkiyə ordusuna yeni Baş qərargah rəisi təyin olunub - FOTO

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat ...

Cərimələrin 5 faizi onlara ayrılacaq - Prezident təsdiqlədi

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əla...

Hərbi prokurorun hərbi qulluqçularla görüşü keçirilib - FOTO

Azərbaycan Respublikasının Baş prokurorunun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı gener...

"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib

"Azərlotereya" ASC-nin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, ...

AQTA sahibkarlara müraciət etdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları ilə təmasda olan material və məmulatlarla bağlı sahibkarlara müraciət edib.   Sfera.az xəbər...