“Bu yaşımda o qıza vurulmuşam” - Çingiz Abdullayev

“Bu yaşımda o qıza vurulmuşam” - Çingiz Abdullayev

"İnandırım sizi ki, indi vurulmuşam o qıza...Mən deyəndə ki, bu yaşımda bir qızı sevirəm. Hamı məndən soruşur ki, adını de... O, mənim nəvəmdi".

 

Sfera.az Bizim.Media-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Xalq yazıçısı Çingiz Abdullayev ölkədə qız uşaqlarına ögey münasibətə həsr olunmuş "YAŞADAQ. Ümid qanadları" adlı layihənin təqdimat mərasimində çıxışı zamanı deyib.

 

O, qız uşaqlarını abort etməyin Allaha və təbiətə qarşı olmaq olduğunu vurğulayıb:

 

"Mənə selektiv abortlara görə Azərbaycanın birinci yerdə olduğunu dedilər. Biz qızları daha çox öldürürük. Əgər siz Allaha inanırsınızsa, bu, Allahsız bir işdir, əgər təbiətə inanırsınızsa, bu, təbiətə qarşıdır". 

 

Yazıçı hesab edir ki, valideynlər qızı olduqlarına görə xoşbəxt olmalıdırlar:

 

"Hədislərdə də yazılıb ki, üç qızı olan cənnətdə olacaq. Mənim fikrimə görə, üç qızı olan ata orada yox, burada cənnətdə yaşayır. Hər şey ailədən başlayır. Qız olanda fikirləşirik ki, oğlanı xaricə oxumağa göndərərik, amma qızı lazım deyil. 

 

Beləliklə, ailədə oğlanın xüsusi yeri olur. Bu cür tərbiyə verəndə, onlar da böyüyəndə eyni cür düşünəcəklər. Əziz kişilər, sizin uşaqlarınıza ağıl anadan keçir, sizdən yox. Harada analar təhsillidir, orada uşaqlar daha yaxşı oxuyurlar. Bu, sübut olunan faktdır".


OXŞAR XƏBƏRLƏR

İtlər sizi bu xəstəlikdən xilas edə bilər - Yeni TƏDQİQAT

Amerikalı alimlər sübut ediblər ki, itlər insanlara yalnız sakitləşməkdə deyil, həm də orqanizmin stressə sağlam reaksiya verməsində mühüm rol oynayır.  ...

Türkiyə ordusuna yeni Baş qərargah rəisi təyin olunub - FOTO

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat ...

Cərimələrin 5 faizi onlara ayrılacaq - Prezident təsdiqlədi

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əla...

Hərbi prokurorun hərbi qulluqçularla görüşü keçirilib - FOTO

Azərbaycan Respublikasının Baş prokurorunun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı gener...

"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib

"Azərlotereya" ASC-nin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, ...

AQTA sahibkarlara müraciət etdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları ilə təmasda olan material və məmulatlarla bağlı sahibkarlara müraciət edib.   Sfera.az xəbər...